Rus ordusu ilə ermənilər arasında “döyüş”…
1991-ci ilin sonunda 366-cı motoatıcı alayının bir çox zabiti erməni silahlı birləşmələri tərəfində ödənişli əsaslarla döyüş əməliyyatlarında iştirak etmək təklifləri almağa başladılar. Bəzi hallarda zabitlər razılıq verib, standart zirehli maşınlardan istifadə etməklə döyüş əməliyyatlarında iştirak ediblər. O dövrdə alaya rəhbərlik edən Zaviqarov bunu guya onlara Moskvanın əmək haqqı verməməsi ilə əlaqələndirib. Əsgər və zabit heyəti pul qazanmaq üçün ermənilər tərəfdə döyüşüblər.
Müəyyən bir hesablama sistemi var idi: Şuşa və Ağdam ərazisinə topdan hər atəşə görə 20 litr spirt, 20 min rubl, azərbaycanlılara qarşı əməliyyatda bir piyada döyüş maşınının iştirakına görə komandirə 5 min rubl pul verilirdi: atəş üçün – min rubl, hər öldürülən azərbaycanlı üçün 10 min rubl, əsir götürülən dinc sakinə görə 15 min rubl, hərbçi üçün 20 min rubl, kəşfiyyat üçün 30 min rubl, hər döyüş öncəsi yemək-içmək və ən yaxşı can qoyan əsgərə puldan əlavə qızıl hədiyyəsi…
Məhz Xocalı soyqırımından öncə başda yüksək zabit heyəti Sergey Kraule, Zarviqorov və Ponomaryov alayın digər komandiri Ohanyan tərəfindən 5 milyon dollarlıq təklif alırlar və nəticədə Xocalıda dəhşətli soyqırım rus-erməni birlikləri tərəfindən həyata keçirilir. Əməliyyatda 366-cı motoatıcı alayın artilleriya divizyonu, zenit batareyası, tank rotası, 23 ədəd PDM və rus əsgərlərindən ibarət 463-cü əlahiddə kimyəvi mühafizə hissəsi, 909 saylı əlahiddə kəşfiyyat batalyonu iştirak etmək üçün hazırlanmışdı.
1992-ci il 23 yanvar tarixində 366-cı alayın 194 nəfər ləzgi, tatar, qazax, özbək və ürək qızdırmadıqları digər müsəlman əsgərlərini tərxis etmişlər. Tərxis olunmuş hərbçilərin yerinə isə Fransa, ABŞ, Liviya və sair kimi ölkələrdə fəaiyyət gostərən erməni, ərəb və digər millətlərdən olan terrorçuları gətirmişdilər.
70 piyada döyüş maşını (PDM), 4 “Strela-10″ raket qurğusu, 8 top, 57 minaatan və digər silah-sursat erməni birləşmələrinə təhvil verilib və azərbaycanlı əhaliyə qarşı sonrakı cinayət əməllərində istifadə edilmişdir.
366-cı alayda xidmət edən və Xocalı soyqırımında iştirak etmiş erməni zabitlər:
S.İ. Ohanyan – II alayının komandiri;
V.İ.Çitçiyan – I taborun baş katibi;
V.G.Ayriyan – alay kəşfiyyat idarəsinin rəisi;
N.T.Akopyan – general-leytenant;
V.A.Azaryan – batareya komandiri, leytenant.
Bundan əlavə, soyqırımda 41 kiçik vəzifəli zabit iştirak etmişdir.
Soyqırımda erməni pilotları və muzdlular da iştirak ediblər. Bu pilotlar 366-cı alayın əsgərləri idi.
Xocalıları bombalayan vertolyotların və şəxsi heyətin siyahısı:
Vertolyot N: 39, pilot Romb Kalakçyan – Livanlı erməni, peşəkar mühəndis;
Vertolyot N: 40, pilot Razdan Minoyan – Suriyalı erməni, mühəndis;
Vertolyot N: 17, pilot Ararat Saracyan – İrəvandan olan bir əsgər;
Vertolyot N: 45, pilot Suren Pirimyan – İrəvandan gələn polis əməkdaşı.
Xocalıda baş verən dəhşətlər barədə çox yazıblar. Lakin bir məktub barəsində qısa yazmaq istəyirəm:
General Erin Yeltsinə yazırdı: “…Xocalıda qadınları, uşaqları, qocaları güllələdilər. Meyitlərin dərisi soyulmuşdu. Qulaqları kəsilmiş bir neçə uşaq gördüm, eyni zamanda yaşlı qadının üzünün sol yarısından dərisi kəsilmişdi. Kişilərin dərisi soyulmuşdu. Oğurluq əlamətləri olan meyitlər… Bir çox cəsədlər daha da eybəcər vəziyyətdə idi”.
Xocalı soyqırımından dərhal sonra Rusiya 366-cı alayın Xankəndidən çıxarılması qərarını verir. Alay komandiri polkovnik Yuri Zarviqorova ordunu şimal istiqamətində geri çəkmək haqqında əmr gəlir. Bu əmrdən sonra Seyran Ohanyan adı çəkilən komandirlərlə görüş keçirir və silahların onlara satılmasını təklif edir. Görüşdə sonradan Ermənistanın prezidenti olan Robert Köçəryan da iştirak edir. 1.5 milyon dollarla razılaşırlar, silahları vermək üçün plan hazırlanır. Plan Xocalıdan çıxıb Gürcüstan istiqamətdə olan ərazilərin birində süni döyüş təşkil etmək olur. Ərazi olaraq isə Ballıca kəndi seçilir. Planın ilkin addımı Ohanyanın əmrə “tabe olmaması” olur.
Bu barədə danışıqlar prosesində iştirak etmiş Robert Köçəryanın dedikləri:
“Qərara gəldik ki, Stepanakertə gələn general Grekovun başçılığı ilə bir qrup yüksək rütbəli rus hərbi məmuru ilə görüşək və razılığa gəlməyə çalışaq. Təbii ki, içdik. Biz açıq şəkildə bildirdik ki, onlar heç bir halda texnikanı çıxara bilməyəcəklər, sadəcə, buraxmayacağıq. Əgər belə bir cəhd etsələr, mübarizə aparacağıq. Soruşdum ki, onlar, rus hərbçiləri onlar üçün şübhəli məqsəd naminə, əslində Azərbaycanın döyüş qüdrətini gücləndirmək naminə bizimlə döyüşməyə hazırdırlarmı? Cavab məni təəccübləndirmədi: onların heç biri döyüşmək istəmirdi. Biz razılaşdıq ki, onlar artıq etdikləri ilə məhdudlaşacaqlar: onlarla yanmış piyada döyüş maşını və onların kağızlarda göstərdikləri bizim işimiz deyil. Onlar xəbər verə bilərlər ki, Qarabağdan çıxarılması mümkün olmadığı üçün bütün texnika məhv edilib”.
Zaqafqaziya Hərbi Dairəsinin bu əmrinə 2-ci motoatıcı batalyonun komandiri olan mayor Seyran Ohanyan dəstəsi ilə birlikdə Ballıca kəndi ərazisində əmrə tabe olmadığını elan edir. Alaydakı erməni hərbçilər Ohanyanı müdafiə edirlər. Bunun ardınca alay Ermənistan və Qarabağ erməni dəstələri tərəfindən mühasirəyə alınır. Bunu görən Zaqafqaziya Hərbi Dairəsi həyəcan siqnalı ilə 328-ci və 345-ci desant alaylarını ayağa qaldırır. Onlar 366-cı alaya yardıma göndərilir. Süni döyüş başlayır, guya iki tərəfdən də itkilər olur. Lakin heç bir tərəfdə ölü olması barədə rəsmi məlumat qeydiyyata düşmür.
Bu zaman hərbi texnikanın böyük bir hissəsi :
9 ədəd T-72 tankı
5 ədəd BTR-70 döyüş maşını
49 ədəd BMP-1 piyada döyüş maşını
28 ədəd BMP-2 piyada döyüş maşını
5 ədəd BRM-1k döyüş texnikası
70 piyada döyüş maşını (PDM),
4 Strela-10 raket qurğusu,
8 top,
57 minaatan
…və digər silah-sursat erməni birləşmələrinə təhvil verilir. Azərbaycanlı əhaliyə qarşı sonrakı cinayət əməllərində də istifadə edilir.
Bu hərbi texnika ilk dəfə 6 mart 1992-ci ildə Azərbaycan Ordusunun Əsgərana hücumunun qarşısını almaq üçün istifadə olundu. Alayın tərkibində xidmət edən 22 zabit daxil olmaqla, 180 əsgər erməni separatçılarının tərəfində döyüşmək üçün Qarabağda qaldı.
Ballıca hadisəsi bir daha göstərir ki, məhz ermənilərin Xocalıda törətdikləri soyqırım təkcə onların deyil, eyni zamanda Rusiyanın planı olub.
Zaur Əliyev