23.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Bu sahəyə yatırım etməyin: Pulunuz batacaq! – XƏBƏRDARLIQ

 Bu sahəyə yatırım etməyin: Pulunuz batacaq! – XƏBƏRDARLIQ

Ölkədə devalvasiya həyəcanı davam edir. İnsanlar əmanətlərini bankdan geri çəkərək, dollara çevirməyə can atırlar. Bəs belə vəziyyətdə vəsaitlərin hansı formada saxlanılması və hansı sahəyə yatırım etmək doğru seçim sayılır?

YeniZamantv.az xəbər verir ki, məsələ ilə bağlı “Yeni Sabah”a danışan iqtisadçı Eyyub Kərimli bildirib ki, likvidliyi yüksək olan səhələrə öncəlik vermək daha məqsədəuyğundur:

“Hazırda ölkədə baş verən proseslər hələ ki, dolların məzənnəsi barədə hər hansı bir fikir söyləməyə çətinlik yaradır. Səsləndirilən faktlar onu deməyə əsas verir ki, hazırda ölkədə dollarla verilən bank kreditlərində kəskin artım var. Əhalinin depozitlərində dollarlaşma prosesi gedir. İnsanlar banklarda manatla olan əmanətlərini çıxarıb, dollara yaxud, digər xarici valyutaya çevirirlər. Hesab edirəm ki, bu kimi hallarda əmanətlərin manatda saxlanılması vəsaitlərin dəyər itirməsinə səbəb ola bilər. Bu baxımdan hər kəs öz vəsaitlərini müstəqil şəkildə idarə edə və müəyyən sahələrə yatırım edə bilər. Bura likvidliliyi yüksək olan metallar, əşyalar daxildir”.

İqtisadçı vətəndaşlara əmlak sahəsinə yatırım etməyi tövsiyə etmir:

“Düşünmürəm ki, devalvasiya baş verərsə, əmlak qiymətlərində kəskin artım yaşansın. Bunu 2016-cı ilin təcrübəsində də müşahidə etmişik. Əmlaklar manatla satıldığı üçün kəskin devalvasiya olmasına baxmayaraq, artım yaşanmadı. Bundan əlavə, vəsaitlərin aktiv biznes alətlərində saxlanılması da daha məqsədəuyğundur. Həm xarici valyuta, həm də müəyyən səhmlərə yatırım oluna bilər”.

 

Paylaşın:

Digər yazılar