22.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Rusiyadan yeni xəritə – “Belə dövlət olmayacaq, Qərbi Azərbaycan olacaq”

 Rusiyadan yeni xəritə – “Belə dövlət olmayacaq, Qərbi Azərbaycan olacaq”

YeniZamantv.az  xəbər verir ki, politoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

– Almaniyanın Azərbaycan və Ermənistan arasında vasitəçiliyindən gözləntiniz nədir? Xarici işlər nazirlərinin Berlindəki ikigünlük müzakirələri sülh prosesini yenidən Qərb masasına daşınmasına təkan verəcəkmi?

– Əslində, bu, Almaniyanın vasitəçiliyi ilə keçirilən ilk görüşdür. Berlində hansı razılaşmaların olduğunu deyə bilmərəm, amma anlaşmadıqları ortadadır. Əslində, görüş nəticəsiz bitib. Yeganə müsbət məqam odur ki, görüşləri davam etdirmək barədə razılığa gəliblər. Ümumiyyətlə, son 25-30 ildə danışıqlara gedən kimi ya Ermənistan atəşkəsi pozur, ya da başqa təxribat törədir. Burda üçüncü əl var, anlaşmağa qoymayan da o üçüncü əldir. Təxribat törədib Azərbaycanı diplomatik masada zəiflətməyə çalışırlar. Hər dəfə eyni ssenarilərlə üz-üzə qalırıq, yolunu azaraq keçən əsgərimizin əvvəlcə saxlanılması, sonra qondarma ittihamla “cinayət işi”nin açılması buna dair son nümunədir. Ermənilər sülh istəyirlərsə, belə hallar olmamalıdır.

Berlin görüşünün digər müsbət tərəfinə gəlincə, Azərbaycan Almaniyanın vasitəçiliyi ilə görüşə getməklə Fransanı oyundankənar vəziyyətdə saxladı. Bununla Fransa-Ermənistan münasibətlərini siyasi müstəvidə gərginləşdirməyə nail ola bildik. Berlin görüşünün ən müsbət tərəfi budur. Çünki Fransa erməniləri açıq formada dəstəkləməyə başlayıb.

– Almaniyanın bu səylərini həm də onun özünün Fransaya qarşı həmləsi kimi qəbul etmək olarmı? Çünki Almaniya və Fransa liderləri Olaf Şolz və Emmanuel Makron arasında Ukrayna ilə bağlı fikir ayrılığının düşmənçilik müstəvisinə keçməsi ilə bağlı ABŞ mediasında maraqlı iddia dolaşır.

– Fransızlar Birinci və İkinci Dünya Müharibələrində almanlardan istifadə ediblər. Hər ikisində aranı qarışdıran Fransa olub, sonra da özü kənarda durub. Bunun nəticəsində Fransa BMT Təhlükəsizlik Şurasının üzvü olarkən, Almaniya qıraqda qaldı. Almaniya Avropanın pul kisəsi və iqtisadi lokomotividir. Diplomatik söz sahibi də Almaniya olmalıdır. Amma Fransa onu oyundankənar vəziyyətdə saxladığına görə, Almaniya uzun müddətdir ondan heyfini çıxmaq istəyirdi. İndi də əllərinə imkan düşüb, niyə də çıxmasınlar?!

– Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Almaniyadan sonra üçgünlük səfər proqramı ilə Türkiyəyə getdi. Bu səfər çərçivəsində nələr müzakirə edilə, razılaşdırıla bilər? Məsələn, sərhədin açılması kimi.

– Mirzoyan Antalya Diplomatiya Forumuna dəvətlidir, bunun üçün Türkiyəyə getdi. Digər yandan, Türkiyə və Ermənistan uzun müddətdir sərhədin açılması məsələsini müzakirə edir. Vahid mövqeyə gəlməyə Fransa mane olurdu. Ermənistan yaxşı başa düşür ki, Türkiyə və Azərbaycanla münasibətlərini normallaşdırmasa, blokada daha da dərinləşə bilər. İndi isə Qərbdən Ermənistan Rusiya ilə üz-üzə gəlməyə məcbur edirlər. Ermənistan bu durumda özünə yeni tərəfdaşlar tapmalıdır. Ermənilər bilirlər ki, İran Rusiyanın ortağıdır, rusla fars eyni müstəvidən çıxış edəcək. Buna görə də, Ermənistan istiqaməti dəyişib Türkiyəyə meyl edir.

İrəvan və Ankara o zaman anlaşa bilər ki, Ermənistan Konstitusiyası dəyişdiriləcək. Çünki Ermənistan Konstitusiyasında Türkiyənin ən azı 5-6 vilayətinə iddia var. Bu iddianı çıxarmalıdırlar. Bundan başqa, Ermənistan birmənalı şəkildə gerbini dəyişməlidir. Gerblərində Ağrı dağını “simvol” kimi qoyublar. Həmçinin Türkiyəyə qarşı saxta soyqırımı iddialarından əl çəkməlidirlər. Ermənistan buna getmək məcburiyyətindədir. Türkiyənin gücü və dünyadakı mövqeyi erməniləri buna məcbur edəcək.

Antalyadakı danışıqların nəticəsi olaraq bir müddət sonra aralarında ilkin çərçivə sazişinin imzalanması mümkündür. Yəni Türkiyə Ermənistanı tanıya bilər. Çünki Türkiyənin hələ də Ermənistanda səfirliyi yoxdur, indiyədək heç müstəqilliyini də tanımayıb. Eləcə də Pakistan… Yəni bu məsələ gündəmdədir, hansısa mərhələdə şərtlərə uyğun olaraq həll edilə bilər.

– Ermənistan sərhədi açmaq istəyərkən, Azərbaycanla sülh müqaviləsinin imzalanması Ankaranın şərti olacaqmı?

– Birmənalı şəkildə! Rəcəb Tayyib Ərdoğan hakimiyyətə gələndən bu məsələ Ermənistanın qarşısına konkret formada qoyulub. Əvvəl ərazi bütövlüyü məsələsi qoyulurdu, indi yəqin ki, sərhəd və sülh məsələləri irəli sürüləcək. Ermənilərin geri qayıtmaları nağıldır, Fransa hay-küy salmaqla deyil. Ermənilər hansı üzlə qayıdacaqlar? Çünki 90 faizi Azərbaycana qarşı cinayət törədib.

– Bəs Ermənistan Konstitusiya dəyişikliyinə gedəcəkmi? Baş nazir Nikol Paşinyanın uzun müddətdir bunun üçün çalışdığına dair iddialar var.

– Bu, Paşinyanın iradəsindən asılıdır. Amma onun da bu gün dediyi söz sabah söylədiyinə uyğun gəlmir. Paşinyanda hər şey tərsinədir, proqnozlaşdırıla bilməyən dövlət rəhbərlərindən biridir. Ona “siyasətçi” demək də düz deyil, siyasətdən uzaqdır. Amma ümumi götürüldükdə, Ermənistanda müəyyən irəliləyiş var. Sanki bir az ağıllanmağa başlayıblar. Ermənistan bunu edə bilər, eləməsə, nə Azərbaycan, nə də Türkiyə ilə münasibətlərində bir yenilik olacaq.

Ermənistan belə davam etsə, heç bizə ehtiyac qalmayacaq, Rusiya onu işğal edəcək. Heç kimin də bunun qarşısını almağa gücü çatmayacaq. Məsələn, rusiyalı deputat Pyotr Tolstoy Dövlət Dumasındakı çıxışında açıq şəkildə dedi ki, Ermənistan dövlət kimi olmayacaq, Qərbi Azərbaycan olacaq. Çox maraqlı söz işlətdi: Qərbi Azərbaycan.

Paylaşın:

Digər yazılar