“Azərsun” bizə nə yedirir… nə içirdir: BİR SORUŞAN VARMI? – NARAZILIQ VAR…
Millət, stəkandakı maye nə kompot, nə “pepsi”, nə “kola”, nə konyak, nə də qırmızı çaxırdır. Soruşmayın… indi özüm deyəcəm: bu həm çaydı, həm də çay deyil.
Kəmhövsələ olmayın, izah edirəm. Bu doğrudan da çay dəmidir… A.Goozalın istehsal etdiyi “Azərçay”… hansı ki, yoxsul təbəqənin əlacsız nümayəndələri kimi biz gündəlik onu içirik…” YeniZamantv.az Dia-az.info-ya istinadən bildirir ki, bunu öz açıqlamasında tanınmış qocaman jurnalist Rövşən Kəbirli qeyd edib.
E.Kəbirli daha sonra yazır: “Amma çoxumuz fərqində deyilik ki, içdiyimiz bu çayın tərkibində təbii çayla yanaşı kimyəvi qatqı da var. Adına “kraska” deyək. Şəxsən mən bu “kraska”nın nə olduğunu bilmirəm… amma onu təbii çaydan təmizləməyin metadologiyasını bilirəm. Deyim, siz də bilin. Eşitmişik ki, çay azı 5-7 dəqiqə dəmdə qalmalıdır, amma ümumiyyətlə “Azərsun” istehsalı olan çayları çaynikə atıb üstünə eləcə istisu tökəndən 2 dəqiqə sonra sanki dəmlənmiş kimi içməyə hazır olur. Əslində isə bu təbii çayın qızartısı yox, ona vurulmuş kimyəvi maddənin rəngidir. Bu maddəni ayırmağın yolları: Quru çayı çaynikə atır, üstünə yarsınadək qaynar su alıb, 10-15 saniyə çaxlayıb təxminən 2 dəqiq gözlədikdən sonra lüləyindən süzürsünüz. Stəkanda gördüyünüz bu maye tullantıdır, sanki avtomobilin “mator”unu yumusan- hisəbənzər tünd qara rəng. Yenidən çayniki qaynar su ilə doldurub qoyursunuz dəmə. Çayın dadı da rəngi də normal olur, yəni təhlükəsiz içmək olar”.
Qeyd edək ki, R.Kəbirlinin sözügedən açıqlaması sosial şəbəkələrdə rezonansa nədən olub və geniş müzakirə olunub. Bu olaya müxttəlif münasibətlər bildirilib. Onlardan birini – Elxan Səmədov adlı istifadəçinin açıqlamasını dia-az.info olaraq təqdim edirik:
“Azərsun” Holdinq Azərbaycanın ərzaq təminatını ələ aldıqdan sonra ürək damar xəstəlikləri onkoloji xəstəliklər damar kirəcləşməsi ( damar tıxanıqlığı) xəstəliklər kəskin artaraq kütləvi hal almaqdadır…”