24.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Hüquq müdafiəçisi yazır…ARDNŞ-də nələr baş verir?

 Hüquq müdafiəçisi yazır…ARDNŞ-də nələr baş verir?
Ötən dəfə YeniZamantv.az olaraq hüquq müdafiəçisi , “Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı” (NHMT) ictimai birliyinin rəhbəri Mirvari Qəhrəmanlının feyzbuk sosial şəbəkə hesabında yazdığı araşdırmanı dərc etmişdik.
Hüquq Müdafiəçisi daha bir paylaşım edib. Diqqətinizə çatdırırıq:
Düşünürəm ki,araşdırılmasına , dəqiqləşdirilməsinə və bu haqda düşünülməsinə ciddi ehtiyac duyulur☝
ARDNŞ prezident cənab Rövşən Nəcəfin özünün 23 müşaviri var🤔⁉️
ARDNŞ-də müşavir bolluğu haqqında dəfələrlə yazmışam. Bunun isə bir çox səbəbi olduğu haqda da. Belə ki;
-Vəzifəyə təyin olunan bəzi rəhbər işçilərin sahə üzrə peşəkarlığının lazımı səviyyədə olmaması;
-Şirkətdə düzgün olmayan kadr siyasəti.(təqaüd yaşına çatmış işçilərin məcburi işdən azad edib, vəzifəli şəxslərin qohumlarının müşavir təyin olunması);
– Şirkətdə kifayət qədər təcrübəyə malik kadr olduğu halda kənarda peşə üzrə səriştəsi olmayan şəxsi əvvəl müşavir kimi işə qəbul edib, bir müddət sonra yüksək vəzifəyə təyin olunması və.s.;
Bəzi rəhbər işçilərin iki vəzifə daşıdığını da əvvəlki yazılarımda qeyd etmişdim. Amma rəhbər işçinin həm də müşavir olduğunu birinci dəfədir eşitdim .Belə ki aldığım məlumata görə:
-Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəhbəri Rəşid Ağajkişiyev,SOCAR Petroleum QSC rəhbəri Abdulla Tağıyev, ARDNŞ Kommunikasiya və ictimaiyyətlə əlaqələr üzrə Departament rəhbəri xanım Aygün Hüseynova həm də şirkət prezidentinin müşaviridirlər.Daşıdığı 2-ci vəzifəyə görə əlavə əmək haqqı aldıqları,yaxud pulsuz(könüllü)işlədikləri haqda məlumatım yoxdur.
Qeyd; bir müddət əvvəl şirkətdə iki rəhbər vəzifə tutan xanım haqqında da yazmışdım.

YeniZamantv.az olaraq iki rəhbər vəzifə tutan xanım haqqında da olan yazını dərc etməyə hazırıq.

Paylaşın:

Digər yazılar