Ramiz Mehdiyevin vəziyyəti ağırlaşıb?
Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti Ramiz Mehdiyevin vəziyyətinin ağırlaşdığı və İsrailə aparıldığı barədə məlumat yayılıb.
YeniZamantv.az xəbər verir ki, məsələ ilə bağlı Unikal.az-a açıqlama verən Ramiz Mehdiyev yayılan məlumatların yalan olduğunu bildirib.
“Mənim səhhətimdə heç bir problem yoxdur. “Çek-ap” (Check-up) müayinə üçün Mərkəzi Klinik Xəstəxanaya getmişdim. Bu da ildə bir, ya iki dəfə baş verən bir haldır. Başqa heç bir yerə getməmişəm. Məgər mən İsrail tanıyıram ki? Hazırda Bakıdayam. Sağlıq olsun”, – deyə o qeyd edib.
Qeyd edək ki, Gununsesi.info saytı Ramiz Mehdiyevin səhhətində ciddi problemin yarandığını və onun müalicə üçün İsrailə aparıldığını yazmışdı.