24.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Samirə Muxtarova: Azərbaycanda dərmana davamlı vərəm xəstələrinin sayı artmaqdadır

 Samirə Muxtarova: Azərbaycanda dərmana davamlı vərəm xəstələrinin sayı artmaqdadır

“Vərəm əsasən aerogen, yəni tənəffüs yolu vasitəsilə yoluxur. Xəstəliyin əsas yoluxma mənbəyi vərəm çöpü ifraz edən ağciyər vərəmi olan xəstələrdir və yoluxma əsasən, xəstələrin asqırması, öskürməsi zamanı ətrafa yayılan vərəm çöplərinin hava-damcı yolu ilə sağlam insanın tənəffüs yollarına düşməsi nəticəsində baş verir. Yoluxma xəstələnmə üçün vacib olsa da, başlıca faktor deyil. Vərəm çöpləri yoluxduğu orqanizmdə latent (gizli,yatmış) formada qalaraq xəstəlik törətməyə bilər və yaxud immunitetin zəiflədiyi zamanda aktiv formaya keçərək xəstəlik törədir”.

YeniZamantv.az xəbər verir ki, bu sözləri “Sağlamlığa Xidmət” İctimai Birliyinin sədr müavini və Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun Kuratoru Samirə Muxtarova QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, vərəmin müalicəsi uzun müddətlidir, xəstəlik nə qədər erkən aşkarlanıb, düzgün müalicə edilərsə, patoloji prosses tez sorular və  sağalmaq mümkün olar: “Bütün vərəm müalicəsi alan xəstələr bir mənalı olaraq onu bilməlidirlər ki, sağalmaq üçün həkimin təyin etdiyi müalicəni fasilə vermədən sona qədər almaq lazımdır. Əks halda vərəmin dərmana davamlı formasında müalicə almış olacaqlar. Nəticə etibarilə, düzgün müalicə olunmadıqda asan sağala bilən dərmana həssas vərəm forması çətin sağala bilən dərmana davamlı vərəm formasına çevrilir. Bütün dünyada, eləcə də Azərbaycanda dərmana davamlı vərəm xəstələrinin sayı artmaqdadır. Dərmana davamlı vərəmin müalicəsi dərmanlara həssasa nisbətən daha uzun müddətli və çoxsaylı dərmanlar tələb edir”.

Qeyd edək ki, “Sağlamlığa Xidmət” İctimai Birliyinin ən uzun müddətli layihəsi cəzaçəkmə müssisəsindən azad olan keçmiş məhkum vərəm xəstələrinin azadlıqda müalicələrinin izlənməsi layihəsidir.

 

Paylaşın:

Digər yazılar