DYP Xankəndidə XİDMƏTƏ BAŞLAYIB
Xankəndi şəhərində DYP əməkdaşları da xidmətə başlayıb.
YeniZamantv.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev məlumat verib.
“Şəhər ərazisində yol-hərəkəti qaydalarının təşkili və tənzimlənməsi həyata keçirilir. Hərəkət iştirakçılarına polis əməkdaşları tərəfindən hərəkətin təhlükəsizliyi ilə bağlı izahlar verilir, profilaktik işlər aparılır. Səngərsiz Vətəndə xidmətimizdən qürur duyuruq”, – o qeyd edib.