20.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Fransa və İranı Azərbaycana qarşı nə birləşdirir? – Kartlar etirafla açıldı

 Fransa və İranı Azərbaycana qarşı nə birləşdirir? – Kartlar etirafla açıldı

Fransa və İranın Ermənistana münasibətdə mövqeləri eynidir.

YeniZamantv.az xəbər verir ki, bunu iranlı politoloq Puya Hüseyni deyib.

“Fransa nadir Avropa ölkələrindən biridir ki, İranla müntəzəm olaraq yüksək səviyyəli əlaqələr saxlayır. Yüksək səviyyəli İran-Fransa təmasları və müzakirələri müntəzəm olaraq həyata keçirilir, iki ölkənin prezidentləri görüşürlər. İran xarici işlər naziri bu yaxınlarda fransalı həmkarı ilə bir araya gəlmişdi. Daimi telefon danışıqları olur, beynəlxalq və regional məsələlər müzakirə olunur. Fransanın Ermənistandakı səfiri bir neçə ay əvvəl İranın bu ölkədəki səfiri ilə görüşərək, regional və beynəlxalq məsələləri, ortaq maraqları müzakirə ediblər.

İstənilən halda, İran və Fransanın müxtəlif məsələlərdə fikir ayrılığı var, amma sanki Cənubi Qafqazda eyni maraqları güdürlər, o da Ermənistanla bağlıdır. Hər iki ölkə ermənipərəst mövqedədir. Ermənistanın ərazi bütövlüyü və suverenliyi hər iki ölkə üçün vacibdir. Bu, İran və Fransanın əməkdaşlığı inkişaf etdirə və ya razılıq əldə edə biləcəyi, regionda təhlükəsizlik məsələləri üzrə dialoq apara biləcəyi bir xəttdir”, – ekspert bildirib.

Hüseyni İranın Ermənistanla yaxınlaşmağa başlayan Yunanıstanla da işbirliyinə diqqət çəkib:

“İranla çoxlu fikir ayrılıqları olsa belə, dialoq apara biləcək başqa ölkələr də var. Məsələn, Yunanıstan və Hindistanın region və Ermənistanla bağlı mövqeyi İranla eynidir. Yunanıstan müdafiə naziri İrəvana səfəri zamanı söylədi ki, Ermənistan, Hindistan, Fransa və Yunanıstan arasında müttəfiqlik mümkündür. İranın adı çəkilmədi, amma Fars körfəzindən tutmuş Qara dənizə qədər böyük bir layihə var, orada İran və Yunanıstan əməkdaşlıq edəcək, ölkələr arasında müqavilələr var. Adları çəkilən ölkələrin hamısının Ermənistan məsələsində mövqeyi və siyasəti eynidir”.

İrandan əvvəl Fransanın İrəvandakı səfiri Olivye Dekotini Ermənistanla bağlı Tehranla mövqelərinin üst-üst düşdüyünü etiraf edib. Onun sözlərinə görə, İranla bir çox məsələdə fikir ayrılığı olsa da, Paris və Tehran bu məsələdə eyni mövqedədir. Başqa sözlə, İran və Fransanı – üzdə “düşmən” kimi görünən bu iki ölkəni bir araya gətirən bir məsələ var: bu da Ermənistan deyil, Azərbaycana qarşı bədnam niyyət və münasibətdir. (teleqraf.com)

Paylaşın:

Digər yazılar