22.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

“Zəngəzur dəhlizi açılır, İran bundan sonra…” – Ağacanyan

 “Zəngəzur dəhlizi açılır, İran bundan sonra…” – Ağacanyan

Ermənistan rəhbərliyi Rusiya sərhədçilərini “Zvartnots” hava limanından çıxarmaq üçün hərəkətə keçib. İrəvanın bu tələbi təsadüfi deyil.

YeniZamantv.az xəbər verir ki, bunu erməni keçmiş diplomat Dyunik Ağacanyan deyib.

“Rusiya sərhədçilərinin aeroportdan çıxarılması tələbi o anlama gəlir ki, bəzi ölkələrdən xidmət orqanlarının əməkdaşlarının gəlişi gözlənilir, bu da Rusiya tərəfinin bilməsi arzuolunan deyil. Digər sual bunun Ermənistanın təhlükəsizlik maraqlarına nə dərəcədə xidmət edəcəyi, yüzlərlə Qərb agentinin bura gəlişi ilə ölkə üçün yeni təhlükələr yaratmayacağıdır. Qərb agentləri təkcə Rusiya, yoxsa İrana qarşı da fəaliyyət göstərəcəklər? Bu suallara cavab yoxdur”, – siyasətçi bildirib.

Ağacanyanın sözlərinə görə, Ermənistanın təhlükəsizlik sektoru tədricən NATO-nun nəzarətinə keçir, bunun Rusiya və İran üçün nəticələri olacaq.

Sabiq diplomat qeyd edib ki, İran iki ildir açıq şəkildə Ermənistanın ona yaratdığı təhlükələrdən danışır.

Ağacanyan İranın Türkiyənin bölgədə güclənməsindən çəkindiyini də söyləyib:

“Tehran Qərb qüvvələrinin mövcudluğunun ekzistensial təhlükə olduğunu söyləyərək, NATO-nun bölgədə güclənməsinin Türkiyənin güclənməsi anlamına gəldiyini xatırladır. Zəngəzur dəhlizinin reallaşması İranın şimala çıxışını bağlayacaq, bu, Ermənistanla sərhədinin itirilməsinə gətirib çıxaracaq”. (teleqraf.com)

Paylaşın:

Digər yazılar