20.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Başqalarını xilas edərkən suda boğulub ölən polisin medalı ailəsinə təqdim olundu – FOTO

 Başqalarını xilas edərkən suda boğulub ölən polisin medalı ailəsinə təqdim olundu – FOTO

Xidmətdən kənar vaxt ailəsi ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində yerləşən Uzunoba gölünün kənarında istirahət edərkən suya atılaraq boğulma təhlükəsi ilə üzləşən 13 yaşlı uşağı xilas edib, daha sonra uşağın anasını xilas etmək istəyərkən onunla bərabər suda boğulan polis serjantı Quliyev Vüsal Əbülfəz oğlunun Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təltif edildiyi Azərbaycan Respublikasının “İgidliyə görə” medalı ailəsinə təqdim olunub.

Medal Naxçıvan MR Daxili işlər naziri general-mayor Süleyman Neymətov tərəfindən övladına təqdim edilib və bildirilib ki, fədakar, qəhrəman polis əməkdaşımızın xatirəsi daim uca tutulacaq.

Vüsal Quliyevin atası göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.

           

 

Paylaşın:

Digər yazılar