20.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Ərdoğan 15 il əvvəl işlətdiyi məşhur ifadəsini xatırlatdı

 Ərdoğan 15 il əvvəl işlətdiyi məşhur ifadəsini xatırlatdı

Ötən ilin oktyabrından bəri Qəzzada artıq soyqırım siyasəti tətbiq edilir.

 YeniZamantv.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Haliç Universitetində çıxışı zamanı deyib.

“Tayyib Ərdoğan necə ki, Qəzza ilə bağlı 15 il əvvəl “one minute” (bir dəqiqə) dedisə, bu gün də eyni yerdə dayanmaqdadır. İsrail rəhbərliyi artıq Hitlerin, Mussolininin yolunu getməkdədir. Biz Qəzzada qətliamlara səbəb olanların beynəlxalq hüquq qarşısında cavab verməsi üçün əlimizdən gələni edirik”, – Türkiyə lideri bildirib.

Xatırladaq ki, 2009-cu ildə Davosda təşkil edilən Dünya İqtisadi Forumunda İsrailin mərhum prezidenti Şimon Pereslə hələ o zaman Türkiyənin Baş naziri vəzifəsini icra edən Rəcəb Tayyib Ərdoğan arasında gərginlik yaşanıb. Ş.Peresin işlətdiyi “Qəzza və Yaxın Şərqdə sülh” sözlərinə Ərdoğan sərt münasibət göstərərək ingilis dilində “one minute” deyərək çıxış üçün vaxt istəyib. Türkiyə lideri sərt şəkildə iradını bildirdikdən sonra zalı tərk edib.

Paylaşın:

Digər yazılar