Aşotyan: “Paşinyan öz xalqından daha çox Əliyevdən qorxur”
“Danılmaz faktdır ki, Paşinyan öz xalqından daha çox Əliyevdən qorxur. Ona görə də erməni xalqının övladları, yaxud əraziləri hesabına onu sevindirməyə hazırdır”.
YeniZamantv.az xəbər verir ki, bu fikirləri “Respublika” Partiyasının sədr müavini, siyasi məhbus Armen Aşotyan bildirib.
O daha sonra bunları vurğulayıb: “Nikola elə gəlir ki, Əliyev Azərbaycan əsgərinin birtərəfli qaydada ekstradisiyasını yüksək qiymətləndirəcək. Amma əslində bu, xalqımıza qarşı növbəti boş, alçaldıcı addım idi. Nikolun Azərbaycan əsgərini şərtsiz Bakıya verməsi Əliyev qarşısında yaltaqlıq və zəiflik əlaməti idi”. /Turkustan.az/