21.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

“Dağıdıcı pandemiya” barədə XƏBƏRDARLIQ

 “Dağıdıcı pandemiya” barədə XƏBƏRDARLIQ

ABŞ kəşfiyyatı dünyanın bütün ölkələrinin yeni “dağıdıcı pandemiya” ilə üzləşəcəyi barədə xəbərdarlıq edib.

YeniZamantv.az-ın xarici mediaya istinadən xəbərinə görə, ABŞ kəşfiyyat xidmətləri hesab edir ki, buna səhiyyə xidmətlərinin xəstəlikləri düzgün izləyə bilməməsi səbəb ola bilər.

ABŞ milli kəşfiyyat direktorunun ofisi (ODNI) 2024-cü il üçün təhdidlərin qiymətləndirilməsi hesabatında yeni pandemiya təhlükəsi barədə xəbərdarlıq edib.Hesabatda ABŞ-ın milli təhlükəsizliyinə qlobal təhdidlər, o cümlədən qlobal problemlər müzakirə edilir və il ərzində mümkün olanlar vurğulanır.

Sənəddə bildirilir ki, dünyanın bütün ölkələri yeni patogenin yaranmasına qarşı həssas olaraq qalır.

Hesabatda deyilir ki, bu, daha bir dağıdıcı pandemiyaya səbəb ola bilər.

Orada həmçinin iddia edilir ki, zəifləmiş milli səhiyyə xidmətləri, zəif qlobal səhiyyə idarəçiliyi, tibbi dezinformasiya və ictimai inamsızlıq ölkələrin qlobal sağlamlıq təhdidlərinə effektiv reaksiyasına mane olacaq. /lent.az/

Paylaşın:

Digər yazılar