20.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Müdafiə Nazirliyi AÇIQLAMA YAYDI-Bayram tədbirlərinə gəlməməyi xahiş edirik

 Müdafiə Nazirliyi AÇIQLAMA YAYDI-Bayram tədbirlərinə gəlməməyi xahiş edirik

Hərbi hissələrdə bayram tədbirləri qapalı şəraitdə keçirilir.
YeniZamantv.az  xəbər  verir  ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən, Novruz bayramı ilə əlaqədar Azərbaycan Ordusunun qoşun (qüvvə) növləri, hərbi birlik və birləşmə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilir.

Tədbirlərdə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivlərinin iştirakı ilə konsert proqramları təqdim olunur.

Ölkəmizdə mövsümü xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma halları nəzərə alınaraq hərbi hissələrdə keçiriləcək silsilə tədbirlərdə hərbi qulluqçuların ailə üzvləri və yaxınlarının, eləcə də ictimaiyyət nümayəndələrinin iştirakı məhdudlaşdırılıb.

İctimaiyyətdən hərbi qulluqçularımızın sağlamlığına xüsusi diqqət yetirilməsi, şəxsi heyətin respirator virus infeksiyalara yoluxma hallarının qarşısını alınması məqsədilə görülən tədbirləri anlayışla qarşılamağı və bayram tədbirlərinə gəlməməyi xahiş edirik.

 

Paylaşın:

Digər yazılar