20.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

“Krokus” hücumu: terrorçu ermənicə söyürmüş

 “Krokus” hücumu: terrorçu ermənicə söyürmüş

“Dojd” Yutub kanalında canlı yayım zamanı aparıcı Anna Monqayt “Krokus” konsert zalının əməkdaşlarından biri olan Emin adlı azərbaycanlı gənclə əlaqə saxlamağa nail olub. Həmin şəxs “Krokus”a hücum edən terrorçuların ermənicə danışdıqlarını aydın eşitdiyini bildirib.

 YeniZamantv.az xəbər verir ki, bu barədə Omvesti.ru portalı məlumat yayıb.

Verilişə danışan Emin deyib ki, o, “Krokus”da Ağalarovlar ailəsinin biznesində işləyən hər kəs kimi azərbaycanlıdır:

“Ermənistanla Azərbaycan arasında münasibətlərdən dolayı Rusiyada çoxlu erməni söyüşlərini eşitmişəm və bilirəm. Hücum başlayanda yaraqlıların çığırtıları arasında ermənicə müxtəlif söyüşlər də olub. Onlar “mamax kunem”, “Vorot kunem” və s. sözlərlə söyürdülər”.

Aparıcı isə dərhal bu informasiyanı təsdiq edə bilməyəcəklərini vurğulayır.

“Həmçinin azərbaycanlı gənc Qarabağla bağlı terrorçuların qışqırığını eşitdiyini iddia edib. Monqayt onu da bildirib ki, Qarabağla bağlı məlumat hələlik təsdiqini tapmayıb.

İndiyə qədər Emin terror aktında erməni izinin olduğunu iddia edən yeganə şahiddir”, – saytda bildirilib.

“Dojd” bu sözlərdən sonra Eminin çıxışını dayandırıb, daha sonra isə o müsahibəni internetdən qaldırdığı haqda məlumat yayıb.

Qeyd edək ki, “Krokus Siti Holl”da ötən gün terror aktı törədilib və 133 nəfər ölüb (qeyri-rəsmi məlumata görə 150 nəfər), 140 insan yaralanıb.

Terrorçuların ermənilərlə bağlılığına aid ilk dəqiqələrdən ehtimallar irəli sürülməkdədir. Terrorun ermənilər tərəfindən təşkil edildiyi ehtimalını tarixçi alim Zaur Əliyev və rusiyalı jurnalist Oleq Kaşin də səsləndiriblər.

Paylaşın:

Digər yazılar