19.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

15 yaşlı İslam Moskvada 100-dən çox insanı belə xilas etdi: “Hamı şoka düşdü”

 15 yaşlı İslam Moskvada 100-dən çox insanı belə xilas etdi: “Hamı şoka düşdü”

Rusiyada 15 yaşlı İslam “Krokus Siti Holl” ticarət mərkəzinə terror hücumu zamanı 100-dən çox insanı xilas edib. 

 YeniZamantv.az xəbər verir ki, bu barədə “RT” məlumat yayıb.

9-cu sinif şagirdi olan İslam adlı yeniyetmə hadisənin baş verdiyi ticarət mərkəzində yarımştat çalışdığını bildirib. O deyib ki, əvvəlcə qəribə səslər eşidib, lakin bunun eskalatorda nasazlıqdan qaynaqlandığını düşünüb:

“Sonra səslər şiddətləndi, insanların qaçdığını gördüm. Hər kəs bir qapıdan çıxmağa çalışırdı. Əsas çıxışlar terrorçular tərəfindən tutulmuşdu, buna görə digər çıxışlarda izdiham vardı. Məndə təcili çıxış qapısını açmaq üçün kart var idi, güc-bəla ilə izdihamı yarıb qapıya yaxınlaşdım və onu açdım. Mən o mərkəzdə dəfələrlə çalışdığım üçün giriş-çıxışları yaxşı bilirəm. Qapını açdıqdan sonra 100-dən çox insan küçəyə axışdı. Hamı şoka düşmüşdü, bəziləri ağlayır, bəziləri donub qalıb, nə edəcəyini düşünürdü. Bu zaman onların binadan çıxmasına kömək etdim”.

Xatırladaq ki, sözügedən terror aktı nəticəsində 140-a yaxın şəxsin öldüyü bildirilir.

Paylaşın:

Digər yazılar