22.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

İranın YENİ FOBİYASI – Anklav kəndlərimizin azad edilməsi məsələsi Tehranı niyə QORXUDUR?

 İranın YENİ FOBİYASI – Anklav kəndlərimizin azad edilməsi məsələsi Tehranı niyə QORXUDUR?

İranın Ermənistandakı səfiri Mehdi Sobhani Ermənistanın NEWS.am saytına açıqlamasında növbəti dəfə Azərbaycan əleyhinə yönəlik fikirlər səsləndirib.

O, Ermənistanın Qazaxın işğal olunmuş kəndlərindən 4-nün Azərbaycana qaytarılması barədə qərarını şərh edərkən Tehranın hadisələri diqqətlə izlədiyini bildirib:

“Onu da deyim ki, gərginliyin artması ilə bağlı söhbət bizi qane etmir. Hesab edirik ki, istənilən problem dialoq yolu ilə həll edilməlidir. Odu su ilə doldurmaq lazımdır, neft əlavə etsən, alovlanacaq”.
Erməni jurnalistin “Tehran dəfələrlə Azərbaycanın Sünikə iddialarının qəbuledilməz olduğunu, Ermənistanın ərazi bütövlüyünün qırmızı xətt olduğunu bəyan edib. Hazırda gərginliyin Tavuşa doğru getdiyini nəzərə alsaq, Tavuşa qarşı mümkün təcavüz halında Tehranın mövqeyi eyni olacaqmı” sualına Mehdi Sobhani belə cavab verib: “Ermənistanın ərazi bütövlüyünü dəstəklədiyimizi deyiriksə, bu, təkcə cənuba aid deyil”.

Bəs, İran anklav kəndlərimizin azad edilməsi məsələsindən niyə narahatdır?

YeniZamantv.az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tural İsmayılov bildirir ki, İranın Ermənistan siyasəti bütövlükdə Azərbaycanla qonşuluq münasibətlərində Tehranın səmimi mövqe nümayiş etdirmədiyini, habelə İran kimi dövlətə heç zaman güvənə bilməyəcəyimizi bir daha açıq şəkildə göstərir:

“İran özünün dar, məhdud baxışları səbəbindən Azərbaycanla siyasətində özü üçün problemlər yaradır. 30 il ərzində Azərbaycan ərazilərinin işğalına göz yuman və bunu sərhədlərin dəyişməsi, özünün “qırmızı xətti” adlandırmayan Tehran Zəngəzur dəhlizinin açılmasını yanlış yozaraq, bunu özünün “qırmızı xətti” və yaxud hansısa sərhədlərin dəyişilməsi kimi şərh etməyə çalışır”.

Həmsöhbətimiz qeyd edir ki, Azərbaycanın Qarabağı azad etməsindən sonra Tehran bu tip qəribə addımlarla iki ölkə arasındakı münasibətlərdə problemlər yaradır:

“Tehranın həmçinin tarixi Güney Azərbaycan qorxusu var. İranın media kanallarında Azərbaycan və Türkiyə əleyhinə təbliğat ritorikası bu gün də dayanmayıb. Türk birliyi faktoru, türk dövlətlərinin güclənməsi, Türk Dövlətləri Təşkilatının hər bir formada inkişafı da İranı qıcıqlandırır. Qazaxın işğal altındakı kəndləri də Azərbaycana qaytarılmalıdır. Burada artıq İran və yaxud bu ölkənin təxribatçı Mehdi Sobhani kimi konsullarının mövqeyi əsla qəbuledilən hal deyil. O bu açıqlaması ilə sadəcə olaraq, İranın qeyri-səmimi siyasətini növbəti dəfə ifşa etmiş olur”.

Paylaşın:

Digər yazılar