25.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Qazaxdakı olaylar təəccüb və narahatlıq yaratdı: nələr baş verir? – FOTO

 Qazaxdakı olaylar təəccüb və narahatlıq yaratdı: nələr baş verir? – FOTO

Hər il Novruz bayramında medianı, ictimaiyyəti eyni mövzu “narahat” edir – Qazaxın Yuxarı Salahlı kəndindəki adət-ənənə. Yəni “Salahlı karnavalı”. Bunu dəstəkləyənlərlə yanaşı, qınayanların da sayı hər il artmaqdadır. Belə bir düşüncə var ki, ölkə inkişaf etdikcə, bu kimi adət-ənənələr imicimizə mənfi təsir edir. Açığı, bu fikri dəstəkləmirəm, ona görə ki, müxtəlif ölkələrin ənənələrinə “özünəxasdır, onlarda elədir” deyən insanlar özümüzə gələndə daş atmaqda həvəslidirlər. Bu gün qınaq obyekti olan “Salahlı karnavalı”nın qədim tarixi var.

Qazaxda yazın gəlişi fərqli şəkildə qeyd olunur. Qədimdən gələn adət-ənənələr bu gün də yaşadılır. Günortadan başlayan bayram şənliyi səhərə qədər davam edir. Kəndin gəncləri qadın paltarları geyinib qapı-qapı gəzirlər. Bunun da səbəbi maraqlıdır. Belə ki, subay oğlanların sevdiyi qızın evinə gedəndə qızın əmisinin, dayısının, bir sözlə, qohumların onu tanımamasını istəyirlər. Əslində, təkcə qadın paltarından yox, fərqli libaslardan da istifadə olunur. Misal üçün, küpəgirən qarı paltarı geyinir, yaxud həkim, hərbçi və digər formalardan da istifadə edilir.

Solda “Salahlı karnavalı”, sağda “Halloween” bayramı

Həmin gün, yəni martın 21-i hər kəsin qapı-bacası açıq olur. Kənd camaatı günortadan axşam keçiriləcək bayram şənliyinə tədarük görür. Böyükdən-kiçiyə hər kəs küçələrə çıxıb tonqal qalayır, ətrafında toplaşıb, bayramlaşır…

İkinci şəkil isə hər kəsin bildiyi məşhur “Halloween” bayramıdır. Bəziləri “Cadılar bayramı”, bəziləri də “Balqabaqlar bayramı” adlandırır. Bu bayram haqqında da qısa məlumat verim. Oktyabrın 31-də keçirilən “Balqabaqlar bayramı” Böyük Britaniya və İrlandiya ərazisində yaşayan keltlərin adətləri əsasında formalaşıb. Əsasən ABŞ, Böyük Britaniya, İrlandiya, Rusiya, eyni zamanda, Asiya qitəsi və bir çox dünya ölkələrində təntənəli şəkildə qeyd olunur. Onu digər bayramlardan fərqləndirən əsas əlaməti, həmin gün insanların bir-birindən maraqlı, qeyri-adi qiyafələr geyinməklə bir yerə toplaşmasıdır. Bəziləri düşünür ki, həmin gün “o dünya” və bu dünya arasındakı darvazalar açılır. İnsanlar ölmüş yaxınları ilə birlikdə dünyaya gəlmək istəyən ziyanverici ruhları qorxutmaq üçün iyrənc makyajlar edir, qorxunc qiyafələr geyinirlər.

Bu bayramı nümunə göstərməyimin səbəbi odur ki, hər ikisi “Yeni ilin, yeni fəslin” başlanğıcı kimi qeyd edilir. Və son 2-3 ildir ki, ölkəmizdə, paytaxt Bakıda bir çox restoranlar “Halloween” məzmunlu bəzəklərlə insanları qarşılamış və bu da cəmiyyətimizdə çox normal qarşılanmış, hətta bir çox “blogerlər”də bu barədə paylaşım etmişdi. Bundan əvvəl sözügedən bayramla bağlı yenə ölkəmizdə əyləncələr təşkil edilmiş, iştirakçılar da fərqli libaslarda burada əylənmişdi. O zaman bu müasirlik olur, bizim hansısa rayondakı adət-ənənə səviyyəsizlik?

Doğrudur, bəzi insanlar bu adət-ənənənin “ağını” çıxardır. Bunun əleyhinəyəm. Qınayırıqsa, elə həmin sui-istifadə hallarını qınayaq. Adət-ənənəni, insanların 1 günlük əyləncəsini belə kəskin ittiham etməyə nə gərək var?

Əlqərəz, bayramınız mübarək!

Safura Bənnayeva

 

Paylaşın:

Digər yazılar