SON DƏQİQƏ: Moskvadan İrəvana uçan təyyarədə bomba… – FOTO
Martın 24-də Moskva-İrəvan reysi ilə uçuşa hazırlaşan təyyarədə bir sərnişin bel çantasında bomba olduğunu deyib.
YeniZamantv.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Qadın sərnişin Şeremetyevo hava limanında İrəvana uçan təyyarəyə minən kimi stüardessaya əl yükündə partlayıcının olduğunu bildirib.
Dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib.
Aeroportun mətbuat xidmətindən verilən məlumata görə, hadisə yerinə polis çağırılıb, hazırda təhlükəsizlik tədbirləri görülür.
Ətraflı məlumat açıqlanmır.