21.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Kino Agentliyi açıqlama yaydı

 Kino Agentliyi açıqlama yaydı

Azərbaycan Respublikasının Kino Agentliyinin rəhbərliyinin məlumatına görə Mədəniyyət Nazirliyi və Agentliyin 18 iyul 2023-cü il tarixdə birgə elan etdiyi Film layihələri müsabiqəsinə tammetrajlı və qısametrajlı – bədii, sənədli, animasiya filmi layihələrinin qəbulu həyata keçirilib. Kinematoqrafiya sahəsində fəaliyyət göstərən hüquqi şəxslər film layihəsinin əqli mülkiyyət hüququnu təsdiq edən şəhadətnamə və tələb olunan digər sənədlərlə birlikdə müsabiqəyə layihələrini təqdim etmişdilər.

Müsabiqənin bütün mərhələləri üzrə məlumatlar ictimaiyyətə açıq formada paylaşılıb. Qaydalara əsasən Seçim Komissiyası, daha sonra Ekspert Şurasının yekun rəyinə əsasən qalib layihələr elan edilib.

Layihələrin təqdimat mərhələsində (pitçinq) Seçim Komissiyası, Ekspert Şurası ilə yanaşı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi də müşahidəçi qismində iştirak edib. Qalib şirkətlərlə müqavilələrin bağlanması üçün Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən müvafiq qaydada icazə alınmışdır. Ümumilikdə müsabiqənin bütün mərhələləri tam şəffaf və qanunamüvafiq qaydada həyata keçirilmişdir.

Qeyd edək ki, müsabiqənin qalib layihələrindən olan “Narqız” qısametrajlı animasiya filmi layihəsinin müstəsna əqli mülkiyyət hüquqları Rəşid Ağamalıyevin rəhbəri olduğu “PERİ FİLM” MMC-ə məxsusdur və başqa şirkət tərəfindən çəkilişi həyata keçirilə bilməz. Animasiya sahəsində fəaliyyət göstərən hüquqi şəxslər film layihələrinə dövlət dəstəyi almaq istəyirlərsə, cari ildə keçiriləcək müsabiqəyə layihələrini təqdim etməsi tövsiyə olunur.

Paylaşın:

Digər yazılar