21.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Terrorçuların qulaqları niyə kəsilib? – Hərbi ekspert səbəbini açıqladı

 Terrorçuların qulaqları niyə kəsilib? – Hərbi ekspert səbəbini açıqladı

Rusiyanın paytaxtı Moskvada törətdikləri terror aktı ilə 137 nəfərin ölümünə səbəb olan 4 terrorçu ilə bağlı daha bir sensasiyalı detal gündəmə gəlib.

Məhkəmə zalından yayılan və terrorçulardan birinin qulağının kəsilmiş olduğunu göstərən fotoşəkilə rusiyalı hərbi ekspert aydınlıq gətirib.

“Moskovsky Komsomolets” qəzetinə danışan hərbi ekspert bunun köhnə sorğu-sual üsulu olduğunu bildirib.

“Bu üsulla cinayətkarlar tez danışmağa məcbur edilir. Əlbəttə ki, bunu etmək asan deyil, xüsusi təlim lazımdır. Belə hallarda terrorçuların əməlləri nəzərə alındıqda insan hüquqlarının əhəmiyyəti azalır.

İŞİD kimi terror qrupları üçün qulaqların kəsilməsi böyük məna ifadə edir. Bu, onlar üçün həm utandırıcı, həm də alçaldıcıdır. Üstəlik, təşkilatın üzvləri qulaqları kəsilsə, “şəhid” olmayacaqlarına inanırlar. Yəni bu, həm də simvolik məna daşıyır”, – deyə hərbi ekspert vurğulayıb .

Qeyd edək ki, “Crocus” terrorunda ittiham edilən şəxslər mayın 22-də keçiriləcək məhkəmə iclasına qədər həbsdə qalacaqlar. Məhkəmədən verilən açıqlamada onlardan ikisinin əməllərini etiraf etdikləri və ömürlük həbs cəzasına məhkum oluna biləcəkləri bildirilib. (publika.az)

Paylaşın:

Digər yazılar