20.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Adil Əliyevin məqaləsi Almaniya mətbuatında dərc olunub

 Adil Əliyevin məqaləsi Almaniya mətbuatında dərc olunub

Milli Məclisin sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyevin ölkəmizin inkişafı, sülh istiqamətində atdığı addımlar, irəli sürdüyü  və reallaşan humanitar təşəbbüslər, eləcə də COP-29 barədə yazısı Almaniya mətbuatında işıq üzü görüb.

YeniZamantv.az Musavat.com-a istinadən  xəbər verir ki, vitse-spiker məqaləsində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin keçdiyi uğurlu inkişaf yolundan, Azərbaycanın dünyada beynəlxalq təşəbbüslərin səbəbkarı kimi tanınması, “vaksin milliyyətçiliyi”nin qarşısının alınmasında oynadığı mühüm rol qeyd olunub.

Eləcə də, Avropanın enerji təhlükəsizliyinə ölkəmizin verdiyi töhfədən bəhs edilərək, Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi tanınması qeyd olunub. Ermənistanın 30 ilə yaxın davam etmiş təcavüzündən sonra ölkəmizin öz torpaqlarını düşmən işğalından azad etməsi və işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən iri layihələrdən, eləcə də ölkəmizin regionda sülhə verdiyi töhfələr qeyd olunub.

Ölkəmiz və onun həqiqətləri barədə geniş məlumat verilən məqalədə Azərbaycanın bu günə qədər evsahibliyi etdiyi tədbirlərdən, olimpiadalardan danışılıb, eləcə də bu il COP-29-un Bakı şəhərində keçirilməsi ilə bağlı dünya ölkələrinin yekdil qərarının rəsmi Bakıya olan yüksək etimadın göstəricisi olduğu diqqətə çatdırılıb.

Məqalə Almaniya mətbuatında maraqla qarşılanıb.

https://www.deutscherpresseindex.de/2024/03/21/aserbaidschan-oeffnet-sich-als-neuer-schauplatz-fuer-internationale-investitionen/

https://europenews24.de/aserbaidschan-oeffnet-sich-als-neuer-schauplatz-fuer-internationale-investitionen

https://www.news-research.net/2024/03/aserbaidschan-oeffnet-sich-als-neuer-schauplatz-fuer-internationale-investitionen/

Paylaşın:

Digər yazılar