23.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

 DÖVLƏT TƏHLÜKƏSİZLİK ORQANLARININ YARANMASININ 105 İLLİYİDİR!

  DÖVLƏT TƏHLÜKƏSİZLİK ORQANLARININ YARANMASININ 105 İLLİYİDİR!
Ulu Öndər Heydər Əliyevin 23 mart 1997-ci il tarixli Sərəncamı ilə hər il 28 mart – Azərbaycan Respublikasının təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur.
Artıq 27 ildir ki, ölkəmizin təhlükəsizlik orqanlarının əməkdaşları 28 martı peşə bayramı günü kimi qeyd edirlər.
Qürur hissi ilə vurğulayıram ki, dövlət təhlükəsizlik orqanlarının əməkdaşları müstəqillik tariximizin ən çətin məqamlarında respublikamızda sabitliyin bərqərar olunmasında üzərlərinə düşən vəzifələri şərəflə və layiqincə yerinə yetirərək, Azərbaycanın milli maraqlarının və dövlət təhlükəsizliyinin etibarlı təmin olunması naminə xalqa, Vətənə, dövlətə sədaqət və şərəflə xidmət etmiş və etməkdədirlər.
Başda Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, xalqımızın əzmkar, vətənpərvər, qeyrətli oğlu general-polkovnik Əli Nağıyev olmaqla Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi və peşə bayramı münasibətilə Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi orqanlarının əməkdaşlarını, veteranlarımızı səmimi-qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə doğma Vətənin daimi tərəqqisi, təhlükəsizliyi və daha da qüdrətlənməsi naminə şərəfli xidmətlərində yeni-yeni uğurlar arzulayıram!
“Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin
sədri Esmira Orucova
Paylaşın:

Digər yazılar