20.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

DTX əməkdaşlarının Peşə bayramı münasibəti ilə iki QHT rəhbəri təbrik etdilər

 DTX əməkdaşlarının Peşə bayramı münasibəti ilə iki QHT rəhbəri təbrik etdilər

YeniZamantv.az xəbər verir ki, yaranmasının Dövlət Təhlükəsizlik Xidmətinin 105 illik yubileyi ilə bağlı Əsgər Ailələrinə Dəstək ictimai birliyinin sədri Mətanət Əsgərqızı və Qadın və Cəmiyyət Vətəndaş Maarifçiliyi ictimai birliyinin sədri Şəbnəm Rəfaelqızı  sosial şəbəkə hesablarında Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik cənab Əli Nağıyevə Təbrik Məktubu ünvanlayıblar. Məktubu dərc edirik:

 

                                                       Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin

                                                                     rəisi general-polkovnik cənab Əli Nağıyevə

Hörmətli Əli müəllim,

28 mart tarixində  Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 105-ci il dönümüdür. Böyük və rəşadətli yol keçən təhlükəsizlik xidməti,  birinci dəfə müstəqillik qazandığımız 1918-1920-ci illərdə  Azərbaycan Xalq Cümhuriyyətinin  fəaliyyətinin 23 ayı ərzində  böyük işlər görməyə müvəffəq oldu.1967-ci ildə Heydər Əliyev Azərbaycan DTK-nın sədri təyin olundu. Məhz onun fəaliyyəti və uzaqgörənliyi nəticəsində xüsusi xidmət orqanları möhkəm, davamlı özüllər üzərində quruldu. Azərbaycanlılardan ibarət kadrlar hazırlanmağa başladı.Hazırkı Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi hesab olunduğundan, Milli Təhlükəsizlik Nazirliyi də ilk milli xüsusi xidmət orqanının varisi səlahiyyətlərini daşıdı.

1991-ci il noyabrın 1-də Milli Təhlükəsizlik Nazirliyi yarandı. Prezident Heydər Əliyevin 1997-ci il 23 mart tarixli fərmanı ilə 28 mart – Milli təhlükəsizlik orqanları  əməkdaşlarının peşə bayramı  günü elan olundu.

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  14 dekabr 2015-ci il tarixli 706 nömrəli Fərmanı ilə   Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin  əsasında yaradıldı.

Ölkəmizdə təhlükəsiz mühitin formalaşması, ərazi bütövlüyünün qorunması, xalqımızın əmin-amanlığının təmin olunması uğrunda sədaqətlə çalışan təhlükəsizlik orqanlarının bütün əməkdaşları torpaqlarımızın düşməndən azad olunması, zəfərlə başa çatan qələbədə böyük fədakarlıqlar göstərdilər. 44 günlük Vətən müharibəsində dövlətə sədaqət nümunələrini əməldə bir daha sübut etdilər.

Hörmətli Əli müəllim,

Bu əlamətdar gündə , yaradılmasının 105-ci ildönümü münasibətilə başda Siz olmaqla, xidmətin bütün əməkdaşlarını təbrik edir, şərəfli işlərinizdə uğurlar diləyirik. Allah Sizləri Qorusun!

Hörmətlə,

Əsgər Ailələrinə Dəstək ictimai birliyinin

sədri Mətanət Əsgərqızı

Qadın və Cəmiyyət Vətəndaş Maarifçiliyi ictimai birliyinin

sədri Şəbnəm Rəfaelqızı

 

Paylaşın:

Digər yazılar