DTX əməkdaşlarının Peşə bayramı münasibəti ilə iki QHT rəhbəri təbrik etdilər
YeniZamantv.az xəbər verir ki, yaranmasının Dövlət Təhlükəsizlik Xidmətinin 105 illik yubileyi ilə bağlı Əsgər Ailələrinə Dəstək ictimai birliyinin sədri Mətanət Əsgərqızı və Qadın və Cəmiyyət Vətəndaş Maarifçiliyi ictimai birliyinin sədri Şəbnəm Rəfaelqızı sosial şəbəkə hesablarında Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik cənab Əli Nağıyevə Təbrik Məktubu ünvanlayıblar. Məktubu dərc edirik:
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin
rəisi general-polkovnik cənab Əli Nağıyevə
Hörmətli Əli müəllim,
28 mart tarixində Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 105-ci il dönümüdür. Böyük və rəşadətli yol keçən təhlükəsizlik xidməti, birinci dəfə müstəqillik qazandığımız 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinin 23 ayı ərzində böyük işlər görməyə müvəffəq oldu.1967-ci ildə Heydər Əliyev Azərbaycan DTK-nın sədri təyin olundu. Məhz onun fəaliyyəti və uzaqgörənliyi nəticəsində xüsusi xidmət orqanları möhkəm, davamlı özüllər üzərində quruldu. Azərbaycanlılardan ibarət kadrlar hazırlanmağa başladı.Hazırkı Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi hesab olunduğundan, Milli Təhlükəsizlik Nazirliyi də ilk milli xüsusi xidmət orqanının varisi səlahiyyətlərini daşıdı.
1991-ci il noyabrın 1-də Milli Təhlükəsizlik Nazirliyi yarandı. Prezident Heydər Əliyevin 1997-ci il 23 mart tarixli fərmanı ilə 28 mart – Milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü elan olundu.
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 dekabr 2015-ci il tarixli 706 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin əsasında yaradıldı.
Ölkəmizdə təhlükəsiz mühitin formalaşması, ərazi bütövlüyünün qorunması, xalqımızın əmin-amanlığının təmin olunması uğrunda sədaqətlə çalışan təhlükəsizlik orqanlarının bütün əməkdaşları torpaqlarımızın düşməndən azad olunması, zəfərlə başa çatan qələbədə böyük fədakarlıqlar göstərdilər. 44 günlük Vətən müharibəsində dövlətə sədaqət nümunələrini əməldə bir daha sübut etdilər.
Hörmətli Əli müəllim,
Bu əlamətdar gündə , yaradılmasının 105-ci ildönümü münasibətilə başda Siz olmaqla, xidmətin bütün əməkdaşlarını təbrik edir, şərəfli işlərinizdə uğurlar diləyirik. Allah Sizləri Qorusun!
Hörmətlə,
Əsgər Ailələrinə Dəstək ictimai birliyinin
sədri Mətanət Əsgərqızı
Qadın və Cəmiyyət Vətəndaş Maarifçiliyi ictimai birliyinin
sədri Şəbnəm Rəfaelqızı