23.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Putin müsəlmanların lehinə danışdı, “müsəlmanlar”ın əli ilə cəzalandırıldı – Diqqətçəkən məqam

 Putin müsəlmanların lehinə danışdı, “müsəlmanlar”ın əli ilə cəzalandırıldı – Diqqətçəkən məqam

“Bu gün İŞİD-i kimin yaratdığı və nə üçün istifadə etdiyi bütün dünyaya bəllidir. ABŞ bu terror təşkilatını yaratmaqla əvvəlcə Yaxın Şərqdə, daha sonra isə dünyanın müxtəlif ölkələrində istədiyi planların reallaşdırılması üçün təhdid faktoru formalaşdırdı”.

YeniZamantv.az xəbər verir ki, bunu Globalinfo.az-a açıqlamasında siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.

O əlavə edib ki, bu gün İŞİD-in Çində xortlaması da təəccüblü olmaz:

“ABŞ-ın Əfqanıstanda bütün silah-sursatları Talibana hədiyyə etməsindən sonra xüsusilə Mərkəzi Asiyada təhdidlərin yaranacağı bəlli idi və Qazaxıstanın timsalında biz bunu gördük. Yəni ABŞ hər hansı bir bölgədən çıxmaq məcburiyyətində qalsa belə bunu, hətta müəyyən mənada məğlubiyyətini belə öz lehinə çevirməyə çalışır. Rusiyadakı terroru İŞİD-ə sifariş verənlərin olması aydın məsələdir.
Rusiya Prezidenti Vladimir Putinin son zamanlar müsəlmanların lehinə çıxış etməsi, tez-tez Qurandan sitatlar gətirməsi, Yaxın Şərqdə güclənməyə çalışması və “müsəlmanlar”ın əli ilə cəzalandırılması diqqətçəkən məqamdır.

Digər tərəfdən, İŞİD-in mərkəzi ölkəsi Suriyadır. Əgər Rusiya Suriyada İŞİD-ə qarşı hərbi əməliyyatlara başlayarsa – bu az ehtimal olunur – o zaman Moskva-Ankara münasibətlərində narazılıq yarana bilər. Bu mənada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “İŞİD Türkiyədə də terror aktları törətməyə çalışır” ifadəsi ilə hədəfdə təkcə Rusiyanın olmadığı mesajı düşünürəm ki, Moskvaya ünvanlanıb.

Rusiyadakı terror aktı Putinə qarşı daxili güvəni sarsıda və terrorun onun yürütdüyü siyasətin nəticəsi olaraq təqdim olunma ehtimalı ona qarşı kütləvi narazılığı artırmağa hesablana bilər”.

Ə.Zülfüqaroğlu deyib ki, burada Rusiyanın əks həmləsi diqqətçəkən məqamdır:

“Rusiya burada Ukraynanı, Birləşmiş Ştatları və Britaniyanı pərdəarxasındakı sifarişçilər olaraq önə sürdü. Bu gün Amerika Birləşmiş Ştatlarında hökumətin Ukraynaya dəstəyinə etiraz edən kütlənin sayı 40 faizə yüksəlib. Adı terrorla hallanan ABŞ hökumətinə öz xalqı tərəfindən də kəskin etiraz səslərinin getdikcə yüksəlməsi müşahidə olunur. Ona görə də düşünürəm ki, Rusiyanın Birləşmiş Ştatları sifarişçi olaraq qələmə verməsi ilk öncə ABŞ-ın daxili auditoriyasına yönəlib. Yəni Birləşmiş Ştatların Rusiya ictimaiyyətinə yönəlik həmləsini, Putin ABŞ-ın daxilinə daşımaq istəyir.

Son zamanlar Qərb mətbuatına Rusiya ilə əlaqədar xəbərlərlə bağlı məhdudiyyətlərin tətbiq edilməsi düşünürəm ki, bu amillə bağlı ola bilər. Hesab edirəm, Rusiyanın terrorun sifarişçiləri ilə bağlı ünvanları göstərməsinin hədəfi ABŞ ictimaiyyətidir. Yəni Rusiya buna görə hansısa ölkəyə nüvə atmayacaq. Bu faktordan Baydenin reytinqinin aşağı düşməsi üçün faydalanmağa çalışacaq və Ukraynaya qarşı hücumları daha da genişləndirəcək”.

Paylaşın:

Digər yazılar