23.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Siyasət Lissabon sammitindən bitmiş “Böyük Ermənistan” ideyası: Paşinyan əlində o maketi göstərdi…

 Siyasət Lissabon sammitindən bitmiş “Böyük Ermənistan” ideyası: Paşinyan əlində o maketi göstərdi…

YeniZamantv.az xəbər verir ki, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Zahid Oruc Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

– Zahid müəllim, Avropa Parlamenti Ermənistanın Avropa Birliyinə üzvlüyü ilə bağlı namizəd stasusu verilməsinin mümkünlüyünə dair qətnamə qəbul edib. Sizcə, Ermənistanın Aİ-ə qəbuluna bu qədər sürətlə nail olmaq hansı məntiqə əsaslanır?

– Avropa Parlamentinin Ermənistanla bağlı qərarı gözlənilən idi. Çünki artıq 6 ilə yaxın bir dövrdə bu ölkə üzərində aparılan geosiyası çarpışmalar özünün sonluğuna çatır. Mahiyyət etibari ilə bu, yekunda erməni xalqının həyatına, mənafelərinə necə zərbə vurduğunu ən yaxın zamanlarda göstərəcək. Bu geosiyasi labirintdə yüz il əvvəl və bir az da ondan öncə onlar çox böyük itkilər yaşayıb. Bunları Nikol Paşinyan da dilə gətirmişdi. O, “bizim xalq və dövlət varlığımız hansısa imperiyaların birinin digərinə savaşlarında alət olmaqdan keçib. Gəlin, bu statusu dəyişək” deyə çağırışlar etmişdi. Təəssüflər olsun ki, özü həmin prinsiplərə əməl etmir.

– Sizcə, bölgə ilə bağlı geosiyasətin əsas konturları indiki halda hansı xətt üzrə inkişaf edir?

– Bu bölgənin geosiyasəti heç vaxt vahid olmayıb. Burada dövlətlər fərqli xarici siyasət hədəfləri seçib. Ona uyğun da addımlar atılıb. Bu da regionu internasional bir məkana, meydana çevirib. Söhbət təbii ki, bölgədəki siyasi durumdan gedir. Əksər hallarda bölgə bir-birinə qarşı duran tərəflərin bu dövlətlər üzərindən mənafelərinin çarpışmasına çevrilib. İndi isə Ermənistanın Ukraynalaşması prosesi daha da sürətlənib. İlk baxışda rəsmi İrəvan çalışır ki, xarici yardımlar qazansın. Beləliklə, Ermənistan maliyyə, humanitar, hərbi və siyasi dəstək alsın.

– Ukrayna ssenarisinin bölgəyə daşınması nə dərəcə mümkün görünür?

– Ermənistanın Ukrayna olmasının ağır fəsadları artıq ortadadır. Əgər Ermənistan gerçəkdən də Rusiya ilə açıq konfiliktə girəcəksə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) dağıtmaqda iştirak edəcəksə, bu halda nəinki hakimiyyətin dəyişməsi, eləcə də bu ölkənin varlığı təhlükə altına düşəcək. Əslində Paşinyan bunu etiraf edib. Qeyd edib ki, Praqa görüşündə o görürdü ki, proseslər ona doğru gedir. Belə olan halda Paşinyan masaya qoyulan Xankəndi və yaxud digər lokal ərazilərdə qalan ermənilər deyil, daha çox Ermənisaan olduğunu gördü. Ona görə də, Paşinyan yəqin etdi ki, 1996-cı ildə Lissabon sammitindən bu yana heç vaxt ikili-üçlü modellərin, ermənilərin bir neçə cinahda mövcud olan formatları yox, xəritədə siyasi varlığını qorumaq adına Ermənistanın özünün taleyi sual altında olub.

– Avropa Birliyinin Ermənistanda yerləşməsi bölgə üçün nə vəd edir?

– İndiki halda Avropa Birliyinin missiyası Ermənistanda yerləşir, NATO-nun gəlişi üçün çabalar ortaya qoyulur. Amerika ilə müxtəlif hərbi təlimlər reallaşdırılır. Eyni zamanda bölgədə Gürcüstanın o zamankı missiyası Ermənistana ötürülür. Əgər burada bölgə dövlətləri fərqli xarici siyasət hədəfləri seçirlərsə, bu halda nəinki “3+3” və yaxud regionun başqa xarakterli birliklərini yaratmaq daha da çətinləşir.

– Ermənistanda mövqe tutmaq Qərb dövlətlərinə hansı imkanları yaradır?

– Ermənistan resurs dövləti deyil və bölgəni arxasınca apara biləcək güc daşımır. Bu imkanlara hər zaman Azərbaycan malik olub. Bakının siyasəti isə son dərəcədə rasional, strateji, qlobal və bölgədəki güclərin mənafelərini uzlaşdıran bir səviyyədədir. Ermənistan istəyir ki, 90-cı illərdən Azərbaycanın başladığı siyasəti təkrarlasın. Buna hətta cəhd edir. Keçirilən xarici tədbirlər, idman, humanitar, istisadi-siyasi görüşlərin hər birində məqsəd özünü diqqət mərkəzində saxlamaqdır. Bununla da beynəlxalq münasibətlərin subyektinə çevrilmək niyyəti ortaya qoyulur. Amma Paşinyan deyir ki, “üstümüzə gələn dairələrə sübut edə bilmirik ki, onlar kimdir. O cümlədən, hansı ərazidə savaş gedir. Digər tərəfdən Ermənistana Rusiyanın for-postu kimi baxırlar və deyirlər ki, gedin öz taleyinizi həll edin”. Yekun məna ondan ibarətdir ki, beynəlxalq birlik Paşinyandan “Rusiyanın forpostu olmaqdan çıxdığını bəyan et! Bu halda biz səni Qərbin forpostuna çevirəcəyik” tələbidir.

– Belə olduğu halda Qərb təşkilatlarında anti-Azərbaycan kampaniyası üzərindən aparılan oyunların əsas hədəfi nədir?

– Avropa Parlamentinin qərarı onun üzərindən aparılan anti-Azərbaycan kampaniyası əsla Ermənistanın xilası, qorunması, dövlətçiliyinin hifz edilməsi niyyəti deyil. Bu, ABŞ-nin, Fransanın maraqlarının ötürücüsü rolunda çıxış edən bir alət, naqil qazanmaqdır. Təəssüf ki, Almaniya da bu prosesə qoşulub. Onlar Bundestaqda, Fransa ilə birgə Avropa Parlamentində, Avropa Məhkəməsi və digər strukturlarda Azərbaycan əleyhinə siyasət aparmaqdadır. ABŞ konqresində keçmiş “Dağlıq Qarabağ” və onun gələcəyinə dair dinləmələr və dövlət katibinin köməkçisi Ceyms Obraynın çıxışı da yaddan çıxmayıb. O vaxt müxtəlif tribunalardan səslənirdi ki, guya Bakıya xarici siyasətdə seçim etmək üçün vaxt qoyulub. Guya şərt də o olub ki, Azərbaycan Rusiya və ABŞ arasında seçim etməlidir.

– Sizcə, Bakıya qarşı xarici siyasət kurunda dəyişiklik etmək üçün edilən təzyiqlərin mahiyyəti daha çox hansı mövqelərdən edilir?

– “Azərbaycana COP29 qarşısında belə xarici siyasətini hansısa istiqamətə” çevir deyə bir tələblə çıxış etmələri qeyri mümkündür. Bakı hərbi savaşda da qələbəsini müstəqil siyasəti ilə qazanıb. Bunun alternativi yoxdur. İndiki halda beynəlxalq formatlar ittifaqlar, yaxın münasibətlər, hansısa strateji layihələr meydana gəlsə də, Azərbaycan burada sadəcə olaraq subyektdir. Əsla müqavilələr imzalandıqda Azərbaycanın adından kimsə çıxış edib, yekun aktlar qeyd edə bilməz. Ona görə də, Avropa Birliyinin qərarı Ermənistanın bu təşkilata üzvlüyü yolunda ona kömək etməyəcək. Əksinə olaraq bu, ölkənin iç ixtilaflarını artıracaq, konfliktləri dərinləşdirəcək və hakimiyyət dəyişikliyi üçün böhranı gücləndirəcək.

– Azərbaycan bunda nə qədər maraqlıdır?

– İndiki halda Ermənistanda hakimiyyət dəyişikliyi prosesi bir qədər də düyün nöqtəsinə salacaq. Bu üzdən Paşinyan daha fərqli siyasətləri dərk etməyə çalışır. O, Qarabağdan gedən xunta rejiminin qalıqlarına İrəvanda meydan vermədi. Eyni zamanda hər hansı hüquqi mübarizə üçün onlara imkan tanımadı. Paşinyan əlində Ermənistanın kiçik maketini nümayiş etdirərək bildirir ki, “bu sərhəddən kənara çıxdığımız halda Ermənistanın varlığı təhlükə altına düşəcək”. 30 il öncə “böyük ideallar”, “hədəflər”, “strategiyalar”, “böyük Ermənistan” siyasəti indi kiçik sərhədlər daxilinə sığınıb. Bütün bunlar isə Azərbaycan Ordusunun, dövlətimizin, millətimizin, uzun on illər apardığı sistemli mübarizəsinin nəticəsidir. Ermənistan əks halda özünü o çərçivəyə yığmazdı.

Paylaşın:

Digər yazılar