Azərbaycan Yazıçılar Birliyində yeni təyinat
AYB-nin sədri Anar Rzayevin əmri ilə, AYB-nin Sumqayıt bölməsinin məsləhətçisi Xatirə Fərəcli AYB İdarə Aparatında “Multikultural məsələlər” üzrə rəhbər vəzifəsinə təyin olunub.
YeniZamantv.az xəbər verir ki, 2002-ci ildən AYB-nin üzvü olan X.Fərəcli hal-hazırda AYB-nin Həmkarlar Şurasında “Sağlamlıq və İdman” komissiyasının sədri, AYB-də “İrs” komissiyasının üzvü, “Zərif” Qadın Ədəbi Məclisinin sədri, həmçinin “Mədəni İnkişafın Təbliği” İctimai Birliyinin təsisçisi və sədri, “mitmedia.az” saytının təsisçisi və rəhbəri, Prezident mükafatçısıdır.
X.Fərəcli Almaniyada fəaliyyət göstərən “Qürbətçi Türkmən Yazarlar Ocağı”nın və “Qürbət yanğısı” jurnalının Azərbaycan üzrə təmsilçisidir.
2023-cü ildə Rusiya Federasiyası Dağıstan Respublikasında Rəsul Həmzətovun 100 illiyinə həsr olunmuş esse müsabiqəsinin qalibi olan Xatirə Fərəcli, Rusiya Federasiyasının IX Parlament Forumunda iştirakı və çıxışı ilə Azərbaycanı yüksək səviyyədə təmsil edib.
X.Fərəclinin Azərbaycan mədəniyyətinin inkişafında, Sumqayıt şəhərinin ictimai-mədəni həyatında uzun illər xidmətləri olub. O, şəxsən təşkil etdiyi və iştirak etdiyi müxtəlif səpkili mədəni-kütləvi tədbirlərdə vətənpərvər çıxışları ilə Dövlətimizin yürütdüyü siyasətə hər zaman dəstək olub. Çağdaş Azərbaycan poeziyasında özünəməxsus yeri olan şair Xatirə Fərəcliyə yeni vəzifəsində uğurlar diləyirik!