19.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Günəş tutulmasından əvvəl fövqəladə vəziyyət elan edildi

 Günəş tutulmasından əvvəl fövqəladə vəziyyət elan edildi

Kanadanın Ontario əyalətinin Niaqara bölgəsində Ayın Yerlə Günəş arasından keçdiyi zaman baş verən tutulma ilə bağlı gözlənilən 1 milyona yaxın ziyarətçi səbəbilə “fövqəladə vəziyyət” elan edilib. Tutulmanı Türkiyədən müşahidə etmək mümkün deyil.

YeniZamantv.az Turkustan.az-a istinadənxəbər verir ki, Niaqara bölgəsi rəsmiləri aprelin 8-də Niaqara şəlaləsinin tam Günəş tutulmasını “görmək üçün ən yaxşı yerlərdən biri” olaraq təyin olunmasından sonra bölgəyə gözlənilən təxminən 1 milyon ziyarətçi üçün hazırlıqlara başlanıldığını açıqlayıb.

Səlahiyyətlilər, nəqliyyat sıxlığı, ilk yardım xidmətlərinə artan ehtiyac və cib telefonu şəbəkələrində həddindən artıq yüklənmə kimi vəziyyətlərə hazırlıq görüləcəyini bildirərək, bölgədə “fövqəladə vəziyyət” elan edildiyini açıqlayıb.

Bələdiyyə sədri Cim Diodati bildirib ki, şəhərin 1 günlük ziyarətçi sayı rekord həddə çatacaq.

Aprelin 8-də baş verəcək tam Günəş tutulmasını Meksikadan, ABŞ-ın şərqindən və Kanadanın cənub-şərqindən müşahidə etmək olar, lakin Türkiyədən müşahidə etmək mümkün deyil.

Sonuncu Günəş tutulması 1979-cu ildə Niaqara bölgəsində müşahidə edilib.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Paylaşın:

Digər yazılar