23.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

İrəvan şəhər icması Gənclər Şurasının sədri Lalə Cəfərova YAZIR

 İrəvan şəhər icması Gənclər Şurasının sədri Lalə Cəfərova YAZIR
Prezident İlham Əliyevin Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncamına uyğun olaraq Bakı şəhərində yaşıllıq zolaqlarının artırılması, ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi istiqamətində işlər davam etdirilir.
  
Bu məqsədlə Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə martın 30-da Abşeron rayonu Müşfiqabad qəsəbəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ayrılmış xüsusi sahədə ağacəkmə aksiyası həyata keçirilib.
Qərbi Azərbaycan İcması tərəfindən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyasının təşkilində əsas məqsəd Qərbi Azərbaycanda törədilməkdə olan ekosidə diqqət cəlb etməkdir.
Qərbi Azərbaycan İcması İdarə Heyəti sədrinin müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu çıxış edərək, Azərbaycanın hazırkı mərhələdə yaşıl enerjiyə keçidindən, Azərbaycanda ekoloji problemlərin həll olunmasından və COP-29-un Azərbaycanda keçirilməsinin vacibliyi haqqında məlumat verib və eyni zamanda qeyd edib ki, Qərbi Azərbaycan İcması da bu aksiyaya fəal olaraq qoşulub və 21 rayon İcması üzrə Gənclər Şuralarının sədrləri və üzv olan gənclərin iştirakı ilə 100 ağac əkilib.
O, əlavə edib ki, burda olan hər Qərbi azərbaycanlı gəncin və Qərbi azərbaycanlıların arzusu bir gün ermənilər tərəfindən viran qoyulmuş doğma yurdlarımıza da qayıdaraq belə bir ağac əkmək aksiyasını orda keçirməkdir.
Sonra Qərbi Azərbaycan İcması aparatının əməkdaşı Anar İrzaquluyev, Vedi rayon icması Gənclər Şurasının sədri Abbas Pənahov, İrəvan şəhər icması Gənclər Şurasının sədri Lalə Cəfərova, Barana rayon icması Gənclər Şurasının sədri Hidayət Qaraca və b. gənclərlə söhbətlərində aksiyanın mahiyyəti haqqında fikirlərini bölüşüblər.
İrəvan şəhər icması Gənclər Şurasının sədri Lalə Cəfərova
 
Paylaşın:

Digər yazılar