Sabahın hava proqnozu AÇIQLANDI
Ölkə ərazisində martın 31-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.
Havanın temperaturu gecə 5-10 dərəcə isti, gündüz 12-17 dərəcə isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80%, gündüz 55-60% olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Səhər yağıntılar tədricən kəsiləcək, gündüz əsasən yağmursuz keçəcək. Gecə və səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 5-10 dərəcə isti, gündüz 16-21 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.