20.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Azərbaycan sərt xəbərdarlıq etdi: Ermənistan geri çəkildi

 Azərbaycan sərt xəbərdarlıq etdi: Ermənistan geri çəkildi

“Ermənistan Respublikasının Müdafiə Nazirliyi bildirir ki, martın 30-da təlim prosesi çərçivəsində avtoyürüş keçirən sürücülərin fotoşəkilləri bir sıra “Telegram” kanallarında yayılıb. Bunu sərhədlərdə qoşunların hərəkəti kimi təqdim etməyə çalışırlar. Bu doğru deyil”.

YeniZamantv.az xəbər verir ki, bunu Ermənistan Respublikasının Müdafiə Nazirliyi bu gün yaydığı bəyanatda bildirib.

“Müdafiə Nazirliyi Ermənistan-Azərbaycan dövlət sərhədində son əməliyyat vəziyyətini stabil qiymətləndirir və sərhədin mühafizəsi üçün əlavə tədbirlərin görülməsinə ehtiyac görmür”, – deyə Ermənistan Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Xatırladaq ki, son zamanlar Ermənistan-Azərbaycan şərti sərhədinin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi, zirehli texnikası, artilleriya qurğuları, habelə digər ağır atəş vasitələrinin cəmləşdirilməsi və qoşunların intensiv hərəkəti müşahidə olunur.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

“Xəbərdarlıq edirik ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı hər hansı hərbi təxribat cəhdi olarsa, onun qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınacaqdır.

Bir daha bəyan edirik ki, vəziyyətin gərginləşməsinə və baş verə biləcək hər hansı təxribata görə bütün məsuliyyət tamamilə Ermənistan və onun havadarlarının üzərinə düşəcəkdir”, – deyə Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.

Paylaşın:

Digər yazılar