Bu, bizə baha başa gəldi – Zelenski
ABŞ-ın Kiyevə ayıracağı 60 milyard dollarlıq hərbi yardımın gecikməsi bizə baha başa gəldi.
YeniZamantv.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski “Vaşinqton Post”a müsahibəsində deyib.
“Yarım il itirdik. Biz sadəcə olaraq əlavə vaxt itirə bilmərik. Ukraynaya ayrılan yardım iki ABŞ partiyası arasında siyasi mübahisə predmetinə çevrilə bilməz.
ABŞ-ın köməyinin olmaması Ukraynanın hava hücumundan müdafiə sistemlərinin, o cümlədən “Patriot”ların, eləcə də 155 millimetrlik artilleriya mərmilərinin olmaması deməkdir”, – Zelenski bildirib. /axar.az/