Ermənistan parlamenti Azərbaycana görə təcili toplanır
“Ermənistan” və “Şərəfim var” fraksiyaları Ermənistan parlamentinin təcili iclasını çağırıb.
YeniZamantv.az xəbər verir ki, müxalifət fraksiyaları Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası məsələsinin parlamentdə müzakirə edilməsini tələb edir.
Ermənistan parlamentinin reqlamentinə əsasən deputatlardan dörddə bir hissəsinin tələbi ilə növbədənkənar iclas keçirilə bilər.
“Hraparak” nəşri yazır ki, müxalifət partiyaları apreldə başlayacaq 4 günlük sessiyasısının ilk əsas iclasında fövqəladə sessiyasının çağırılması qərarını qəbul edib. Müxalifət sərhədin delimitasiyası işləri ilə məşğul olan komissiyaya rəhbərlik edən baş nazirin müavini Mher Qriqoryanı və xarici işlər naziri Ararat Mirzoyanı parlamentə dəvət etməyi planlaşdırır. /publika.az/