21.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

“Neqodnu”lara VACİB XƏBƏR – İyulun 1-dən yeni qərar qüvvəyə minəcək

 “Neqodnu”lara VACİB XƏBƏR – İyulun 1-dən yeni qərar qüvvəyə minəcək

Son zamanlar Azərbaycanda hərbi qulluqçuların fəaliyyəti ilə bağlı bir neçə dəyişiklik baş verib. Gələn ilin əvvəlindən qüvvəyə minəcək dəyişiklikdə hərbçilərin pensiya yaşının artırılması nəzərdə tutulur. İndiyədək hərbi qulluqçular 20 il hərbi xidmət keçdikləri təqdirdə pensiyaya çıxmaq hüququ qazanırdı. Hərbçilərlə bağlı qanuna təklif edilən dəyişiklikdə həmin müddətin 5 il artırılaraq 25 ilə çatdırılması nəzərdə tutulur.

Bundan əlavə, vətəndaşların hərbi xidmətə yararlı, yaxud yararsız olması barədə qərar qaydası dəyişir. İndiyədək hərbi qulluqçuların hərbi xidmətə yararlılıq dərəcəsi hərbi komissarlıqda baxılırdı. Yeni dəyişikliyə əsasən, yekun tibbi müayinəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi aparacaq. Başqa sözlə, hərbi komissarlıqlarla yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də prosesə qatılacaq.

YeniZamantv.az xəbər verir ki, Referans.az-ın əldə etdiyi məlumata görə, səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən 2023-cü ilin may ayından etibarən korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması istiqamətində kompleks tədbirlər, o cümlədən normativ hüquqi bazanın təkmilləşdirilməsi sahəsində müvafiq işlər görülüb.

Qanunvericiliyin tələblərini pozmuş vəzifəli şəxslər barəsində xidməti yoxlamalar aparılaraq 2023-cü ildə 78 əməkdaş, 2024-cü ilin müvafiq dövründə isə 58 əməkdaş barəsində ciddi intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb. 2023-cü ildə 15 fakt üzrə 22 nəfər, 2024-cü ildə isə 6 fakt üzrə 26 nəfər barəsində toplanmış materiallar əməllərinə hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Bəs hərbi xidmətlə bağlı verlimiş yeni qərarlar nəyi dəyişəcək?

Məsələ ilə bağlı danışan hərbi ekspert Azər Bayramov Referans.az-a bildirib ki, hərbi vəzifə və hərbi xidmət haqqında əlavə və dəyişikliklərin edilməsi artıq zərurətə çevrilib:

“Baş verən dəyişikliklərə uyğun olaraq bu günə qədər həyata keçirilən bir çox proseslər var idi ki, səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən həyata keçirilirdi və bu qurumun da həmin prosesdə bəzi əməkdaşlarının ciddi nöqsanlara yol verdiyinin müşahidə etdik. Əlbəttə ki, vəzifə səlahiyyətlərini aşan və qeyri-qanuni əməllərlə məşğul olanların böyük bir hissəsi cinayət məsuliyyətinə cəlb edilib. Gələcəkdə belə halların baş verməməsi və prosesin daha da şəffaf həyata keçirilməsi üçün daha bir qurumun işə cəlb edildiyini görürük”.

Ekspertin sözlərinə görə, bu günə qədər vətəndaşın hərbi xidmətə yararlı yaxud yararsız olması ilə bağlı qərar yalnız səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilirdisə, artıq səhətində problemi olan və sağlamlıq durumu hərbi xidmətə imkan verməyən şəxslərin yekun müayinəsi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçiriləcək.

“Bu qərar gələcəkdə şəffaflığın təmin olunmasında mühim rol oynayacaq. Əlbəttə, Azərbaycan ordusu və digər silahlı birləşmələrində həqiqi hərbi xidmət keçən şəxslərin xidmətə cəlb edilməsi ilə bağlı verilmiş qərarlar və edilmiş dəyişikliklər gələcəkdə bu sahədə daha ciddi nəzarətin olacağını göstərir. Burada əsas məqsəd bu günə qədər olan nöqsanların və çatışmazlıqların aradan qaldırılmasına xidmət edir”, – deyə Azər Bayramov əlavə edib.

Qeyd edək ki, Prezident İlham Əliyevin “Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsilə bağlı bəzi tədbirlər haqqında” 6 oktyabr 2023-cü il tarixli fərmanına əsasən, gələn il iyulun 1-dən vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı yekun tibbi müayinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçiriləcək.

Paylaşın:

Digər yazılar