20.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Paşinyan Azərbaycanca danışdı və erməniləri susdurdu

 Paşinyan Azərbaycanca danışdı və erməniləri susdurdu

Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə 4 kənd mövzusuna toxunub. 

YeniZamantv.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, hakim “Mülki müqavilə” partiyasının təşəbbüs qrupu ilə görüşündə Paşinyan Qazaxın işğal altındakı 4 kəndinin Azərbaycan dilində olan adlarını sadalayıb – Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı.

Onun sözlərinə görə, Ermənistan Respublikasında heç vaxt belə adlar altında kəndlər olmayıb.

Paşinyan qeyd edib ki, Ermənistan hökumətinin adı çəkilən kəndlərə heç vaxt iddiası olmayıb.

“Mən bunu açıq şəkildə qeyd etməyimizi istəyirəm və bizim siyasi mövqeyimiz ondan ibarətdir ki, Ermənistan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir əraziyə, o cümlədən Azərbaycanın qeyd etdiyi kəndlərin ərazilərinə iddiası yoxdur” – Paşinyan bildirib.

Erməni baş nazir deyib ki, rəsmi İrəvan həqiqətən də Azərbaycanla sərhədi dəqiqləşdirmək istəyir, delimitasiya və demarkasiyaya hazırdı.

Hazırda Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş 7 kəndi var:  Qazaxın eksklav olmayan 4 (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı) və esklav olan 3 (Yuxarı Əskipara, Sofulu, Barxudarlı) kəndləri, eləcə də Naxçıvanın esklav olan 1 (Kərki) kəndi.

Paylaşın:

Digər yazılar