22.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

“Şəhidləri də onların sırasından vermişik” – Zahid Orucdan AÇIQLAMA

 “Şəhidləri də onların sırasından vermişik” – Zahid Orucdan AÇIQLAMA

“Azuşaqlı ailə məsələsi Azərbaycanda dövlətin, cəmiyyətin ailə siyasətinə baxışıyla birlikdə nəzərdən keçirilməlidir”.

YeniZamantv.az bunu Redaktor.az-a Sosial Tədqiqatlar Mərkəzinin (STM) rəhbəri, millət vəkili Zahid Oruc ölkəmizdə təkuşaqlı ailələrin sayının artmasına uşaq pulunun verilməməsinin səbəb olması ilə bağlı fikirlərə münasibət bildirərkən dedi.

Deputat bildirdi ki, Şərq cəmiyyətlərində ailə, onun dəyərləri, həyatı, baxışları, sosial təminatı ön yerdə dayanır:

“Biz nəzərə almalıyıq ki, ötən on illər ərzində də, xüsusilə məcburi köçkünlük dövründə də Azərbaycan əhalisi artdı və bu müharibə, humanitar fəlakətlər, iqtisadi çətinliklər, bir cəmiyyətdən digərinə transformasiya olunmaq, bizi müxtəlif ölən xalqlar sırasından çıxardı. Əhali sayı sürətlə azalan millətlər sırasında deyil, əksinə 90-cı illərlə müqayisədə 40 faizə qədər bir demoqrafik artıma sahib etdi və bu da həm də bir təhlükəsizlik məsələsidir. Çünki öz-özlüyündə əhali artımı birinci növbədə ərazi bütövlüyü problemi olan dövr üçün, millətin hərbi potensialının təmin olunması deməkdir. Çünki xidməti həyata keçirənlər məhz kişi cinsinə mənsub olanlardır. Bu mənada biz 100 minin üzərində şanlı ordumuzun, qəhrəman övladlarımızın olduğunu bəyan edirik və şəhidləri də onların sırasından vermişik. Bax, gördüyünüz kimi daha geniş bir kontekstdə məsələyə baxdığımızda, biz deməliyik ki, demoqrafik trendlər necədir? Bundan ötrü peşəkar mütəxəssislərin rəylərinə çox ciddi ehtiyac var”.

Zahid Oruc qeyd etdi ki, adətən ümumi daxili məhsulun adambaşına düşən nisbəti iqtisadiyyatda önəmli bir parametr olduğu kimi, bu demoqrafik məsələlərdə də bazis düsturlar mövcuddur.

“Amma burada daha peşəkar təmsil etdiyim mərkəz araşdırmalarında bir qədər azalma trendlərinin olduğunu biz indi görməkdəyik. Çox vaxt birinci sinfə gedən uşaqların 10 il ərzindəki sayının dinamikasına baxırlar. Mən düşünürəm ki, onlar yetməz, digər parametrlər də burada önəmli rol oynayır. Belə olan təqdirdə dövlət ona baxır ki, həqiqətən də əhali artımını stimullaşdırmaq üçün, xüsusilə də Vətən müharibəsində qələbədən sonra gələcəkdə də bütün bu azad torpaqların məskunlaşdırılması siyasətində hansı sosial tədbirləri ələ ala bilər? Tutaq ki, ötən həftə parlamentdə pensiyanı daha tez qazanmaq hüquqları sırasında beş övladlılarla bağlı, yəni valideynlər və digər kateqoriyalı insanların hüquqlarını genişləndirən addımlar atıldı. Ancaq əhali sayının azalması fonunda həm Rusiyada, həm  Almaniyada, həm Yunanıstanda və bir sıra başqa dövlətlərdə fərqli sosial stimullaşdırıcı tədbirlər həyata keçirilir. Ana kapitalı layihələri, o cümlədən gənc ailələr, sosial layihələr, ikinci və ya üçüncü övlad siyasəti həyata keçirilir. Bu, gördüyünüz kimi ölkədən-ölkəyə dəyişir. Önəmli olan dövlətin ailələrə sahib çıxmasıdır”, – deyə STM rəhbəri bildirdi.

Humay İSGƏNDƏRLİ

Paylaşın:

Digər yazılar