22.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Hamı küçəyə atılan alim üçün səfərbər oldu – Yarım saata görün nə qədər pul yığıldı

 Hamı küçəyə atılan alim üçün səfərbər oldu – Yarım saata görün nə qədər pul yığıldı

Kirayə yaşadığı evdən çölə atəlan ilahiyyatçı alim Fazil Qaraoğludan xəbər var.

Naşir Ş. Xuduoğlu deyib ki, küçəyə atılan professor üçün 30 min manatdan çox pul yığılıb

“Professor Fazil Qaraoğlu kirayə qaldığı evdən çıxarılmış, bütün kitabxanası, arxivi açıq havaya, çölə atılmışdı. Alimin belə acınacaqlı halı sadə insanları çox sarsıtdı, yatdım etməyə başladılar. 1, 2, 5, 10, 15, 20, 30, 50, 100, 200, 500 manat, yarım saat ərzində 3 mindən çox vəsait toplanmışdı. Bağını, evində boş mənzili təklif edənlər oldu. Aylıq, illik kirayə pulunu ödəyən çoxlu təkliflər gəldi.

Səhər tezdən Sosial Xidmət Agentliyinin nümayəndəsi professorla görüşdü.

Hələ gecə Heydər Əliyev Fondunun, səhər tezdən Nərgiz fondunun nümayəndəsi zəng etdi. Mənzil tapmaq və professoru yerləşdirməklə bağlı səfərbər oldular. Nəhayət ev tapıldı. Fondlar yeni mənzilin kirayə haqqını 1 il 4 aylıq ödəməyi öz üzərinə götürüb. O, bu gecə isti və rahat mənzildə qalacaq.

Səhərə qədər durmadan hesaba pul gəlirdi. Bu gün hesabı yoxlayanda artıq 30 mindən çox vəsait yığılmışdı.

Millətimlə qürur duyuram. Hamınızı bağrıma basıram. Biz birlikdə güclüyük!” ,- deyə o bildirib. /ölkə.az

Paylaşın:

Digər yazılar