22.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Qorxulu ssenari işə düşür: Azərbaycanı müharibəyə çəkmək üçün…

 Qorxulu ssenari işə düşür: Azərbaycanı müharibəyə çəkmək üçün…

YeniZamantv.az xəbər verir ki, Politoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

– Cümşüd bəy, ABŞ-nin İran üzrə xüsusi elçisi Abram Peyli Azərbaycanda səfərdə olub və bir sıra vacib görüşlər keçirib. Sizcə, indiki həssas dönəmdə bu səfərin mahiyyəti nədən ibarətdir?

– Burada ABŞ-nin hiyləgər siyasətinin bəzi çalarları diqqətdən yayınmamalıdır. Azərbaycan-İran münasibətləri də normal səviyyədə deyil. Son günlər Azərbaycanın İranda səfirliyinin bərpa olunması ilə bağlı çağırışlar eşidilir. Amma buna baxmayaraq 1993-cü ildə qapadılmış separatçı Talış-Muğan respublikasının təmsilçisi kimi Baris Talişinski adlanan biri İranda dövlət səviyyəsində qəbul edilib. Bu sözsüz ki, Azərbaycanda müəyyən narazılıq yaradır. Amma bütün hallarda Azərbaycan İranla bu kimi məsələlərin baş verməsini istəmir. Ona görə də, Azərbaycan ərazisindən İrana qarşı istifadə etmək alınmayacaq. Belə olan halda gərək Azərbaycan qanunvericiliyi dəyişsin. Çünki Azərbaycan ərazisində hansısa bir dövlətin hərbi bazasının olması və buradan hansısa qonşu ölkəyə qarşı hücum taktikasının həyata keçirilməsi mümkün deyil. ABŞ-nin İranla bağlı planı 2025-ci ildə başa çatmalıdır. Həmin plana əsasən İran beş yerə parçalanmalıdır. Bunu ABŞ-nin edib-etməyəcəyi özünün problemidir. Görünən odur ki, Amerika İran vasitəsi ilə Cənubi Qafqaza girmək istəyir. Məqsəd Rusiyanı bölgədən sıxışdırıb çıxartmaqdır. Ermənistan üzərindən də bu oyunlar oynanılır.

– Ermənistanın Belçikadakı səfiri 5 aprel Brüssel görüşünə qədər Azərbaycanın Ermənistana hücum edəcəyini iddia edib. Sizcə, bu cür təxribat xarakterli açıqlamaların verilməsi nəyə hesablanıb?

– Azərbaycan təbii ki, bu təxribatlara özünün maraqları kontekstində cavab verir. Burada ABŞ, Fransa, İran və Rusiyanın maraqları kəsişir. Rusiya Qafqazdan çıxmamaq üçün yeni bir müharibənin başlamasında maraqlıdır. İran Ermənistanı xilas etmək istəyir. Fransa və ABŞ-da Cənubi Qafqaza daxil olmaq niyyətindədir. Ona görə də, yeni bir müharibənin olması o deməkdir ki, bütün maraqlar Azərbaycan üzərində cəmləşəcək. Məqsədləri Azərbaycanın əldə etdiyi nailiyyətlərin bir hissəsini geri almaqdır. Bu, qorxulu ssenaridir. Bəzən yayılan dezinformasiyalar da buna xidmət edir. Həmin qüvvələr öz xəyyalarını reallaşdırmaq üçün belə bir görüntü yaratmağa çalışır.

– Hazırda hərbi təlimlər adı altında Ermənistan Azərbaycanla sərhədə ordu toplayır. Yeni təxribat elementləri müşahidə edilir. İndiki halda hər iki ölkə arasında yaranacaq hərbi gərginlikdə kənar qüvvələrin təsiri nə dərəcədə güclüdür?

– ABŞ, Fransa və İran Ermənistanın arxasında olduqlarını bəyan edib. Onlar çalışırlar ki, nəsə olsun. Rusiya isə farsların əli ilə addım atmaq istəyir. Bütün hallarda Qafqazda oyun gedir. Bu oyunun görünən hissəsi hələlik belədir. Amma bunun arxasında Azərbaycan ərazisinə müdaxilə niyyətləri var. Rusiya istəyir ki, Qarabağda yenidən möhkəmlənsin. İran isə Zəngəzur dəhlizinin açılmasını arzulamır. Fransa ABŞ-nin əlaltısı kimi davranır. Hindistan və Yunanıstan kimi ölkələr isə alət rolundadır. Bölgədə maraqları toqquşan ABŞ və Rusiyadır. Hər ikisindən ölkəmizi qorumaq lazımdır. Ona görə də, Azərbaycan müharibə tərəfdarı deyil. Aprelin 5-ə qədər olan son üç gün sanki Azərbaycan üçün sınaq müddəti kimi dəyərləndirilir. Ölkəmiz bu sınaqdan da üzüağ çıxacaq.

Paylaşın:

Digər yazılar