23.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Putinin Qarabağ etirafı, Brüssel görüşündən öncə Əliyevə gələn zənglər…

 Putinin Qarabağ etirafı, Brüssel görüşündən öncə Əliyevə gələn zənglər…

İkinci Qabarabağ müharibəsində böyük qələbəmizdən sonra Putin publik çıxışlarında, ən azı, 4 dəfə dedi ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyarkən, Qarabağın Azərbaycan ərazisi olduğunu bəyan edərkən bizlə məhləhətləşməyib. Hətta çıxışlarının birində, “Ermənistan rəhbərliyinin Qarabağın Azərbaycan ərazisi olduğunu bəyan etməsi bizdə təəccüb doğurdu”, kimi cümlə işlətdi. Azərbaycanın ərazi bütövlüyünü, Qarabağın Azərbaycana aid olduğunu Paşinyan, Ermənistan Praqa görüşündə, yəni, Qərbdə elan etmişdir.

YeniZamantv.az Yenipress.az istinadən xəbər verir ki, bu sözləri ekspert Natiq Cəfərli qeyd edib.

O bildirib ki, Rusiya XİN rəhbəri Lavrov da bir neçə dəfə çıxışlarında Ermənistanın məsləhətsiz davrandığını, Qarabağ məsələsində Moskvanın sözünə qulaq assaydı, vəziyyətin başqa cür olacağını bəyan edib:

“İki gün öncə isə XİN sözçüsü Zaxarova daha irəli getdi – dedi ki, NATO, ABŞ və AB Ermənistanı MƏCBUR etdilər ki, Qarabağın Azərbaycana aid olduğunu, Azərbaycanın ərazi bütövlüyünü tanısın. Açıq söylədi ki, biz Qarabağın statusu ilə bağlı məsələlərin sonra müzakirə ediləcəyini istəyirdik, 2020-ci ildə elə danışmışıb-anlaşmışdıq, Paşinyan və Ermənistan isə Qərbin təzyiqi və təsiri ilə Qarabağın Azərbaycana aid olduğunu bəyan edərək bu işi pozdu.

Xub, adi məntiq var – belə çıxır ki, Azərbaycanda səhərdən-axşamacan söyülən Qərb ermənipərəst deyil də, Azərbaycanpərəstdir, onlar Paşinyana təzyiq ediblər, ciddi təsir göstəriblər, sırf Azərbaycan mövqeyindən çıxış edərək ölkəmizin ərazi bütövlüyünün tanınmasında mühim rol oynayıblar, Paşinyan da məcbur qalıb Qarabağın Azərbaycan torpağı olduğunu bəyan edib imzalamaqla, Rusiyanın oynunu pozub. Yaxşı, bəs niyə bizdə, yəni media məkanında, publik siyasətdə bu işə mane olmağa, münaqişəni yaradan və “diri” tutmağa çalışan Rusiya deyil də, ərazi bütövlüyümüzü tanıyan Paşinyan, onu bu addıma məcbur edən Qərb tənqid edilir, aşağılanır?! Məntiq varmı burda?!

Bu gün Brüsseldə baş tutacaq görüşdən öncə ABŞ-dan, AB-dən Azərbaycan Prezidentinə gələn zənglər ölkəmizin bölgədə açar dövlət olduğunu, bu sammitin Bakıya qarşı deyil də, Moskvaya qarşı olduğunu göstərmək üçündür, məmləkin nüfuzunun göstəricisidir (yeri gəlmişkən, Kreml də israrla deyir ki, bu görüş onlara qarşıdır). Bu məsələdə haqlı narahatlıq ifadə etməyimiz doğrudur, amma çox da irəli getməyə ehtiyac yoxdur. Dəfələrlə dediyim məsələni bir daha təkrar edim: Rusiya-Ermənistan münasibətlərində biz tərəf olmayaq – yetər. Özləri bilər, çox yaxındılar, iç-içədilər, bir-birlərini sevsələr də, söysələr də özləri bilərlər. Yeri gəlmişkən, bu sammitə Fransanın dəvət almaması da çox maraqlıdır – mənə elə gəlir ki, Qərbdə Fransanın Rusiya ilə müxtəlif məsələlərdə birgə “oynamaq” istədiyini daha aydın görürlər, bunu bilirlər (bu haqda 2 gün öncə yazmışdım, link şərhlərdə olacaq). Bir daha – bölgəmizə sülh, əməkdaşlıq lazımdır, bunun üçün bütün regional oyunçularla işləmək lazımdır, zatən yanımızda, arxamızda Türkiyə var, bölgədə və dünyada (xarici siyasət və təhlükəsizlik) birgə davranırıq, bu çox vacib ittifaqdır, bölgəmizin gələcəyini məhz bu ittifaq şəkilləndirəcək…”

Paylaşın:

Digər yazılar