QHT iftar süfrəsi verdi
20 Yanvar Şəhid Ailələrinin Hűquqlarının Təmin Olunmasi ictimai birliyi növbəti nəcib missiyasını həyata keçirdi.
Müqəddəs Ramazan bayramı münasibəti ilə 20 Yanvar Şəhid Ailələrinin Hűquqlarının Təmin Olunmasi ictimai birliyi tərəfindən təşkli olunmuş iftar süfrələrində otuza qədər şəhid ailəsi, əlillər, imkansızlar iştirak etdilər.
İftar mərasimlərində çıxış edən 20 Yanvar Şəhid Ailələrinin Hűquqlarının Təmin Olunmasi ictimai birliyinin sədri Maral Zamanova Qocaman ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirələrini bir dəqiqəlik sükutla yad olunmasını təklif etdi. Onların ruhlarına dualar oxundu. Qazilərimizə can sağlığı arzulandı.