19.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Aydın Kərimov: “Şuşa” Azərbaycan Evi iki qardaş şəhər arasında ilk layihə olaraq tarixə düşdü”

 Aydın Kərimov: “Şuşa” Azərbaycan Evi iki qardaş şəhər arasında ilk layihə olaraq tarixə düşdü”

“Şuşa” Azərbaycan Evi iki qardaş şəhər arasında ilk layihə olaraq tarixə düşdü”.

YeniZamantv.az xəbər verir ki, bunu Report.az-a Azərbaycan Prezidentinin Şuşa rayonundakı səlahiyyətli nümayəndəsi Aydın Kərimov Kayseridə keçirilən “Şuşa” Azərbaycan Evinin açılışında bildirib.

O deyib ki, Azərbaycan və Türkiyə arasında bənzəri olmayan qardaşlıq münasibətləri bütün sahələrdə sıx əməkdaşlıq əlaqələrinin əsasını təşkil edir.

Nümayəndə Şuşa şəhərinə işğaldan azad olunduqdan sonra həyatın qaytarıldığı ilk günlərdən Türkiyə şəhərləri ilə əməkdaşlığın qurulması işinə böyük önəm verildiyini qeyd edib:

“Son üç ildə Şuşa şəhəri ilə dünyanın müxtəlif ölkələrinin doqquz şəhərləri arasında qardaşlaşma və əməkdaşlıq əlaqələri qurulub. Təsadüfi deyil ki, bu şəhərlərdən ikisi məhz Türkiyənin Ərzurum və Kayseri şəhərləridir”.

Paylaşın:

Digər yazılar