Amerikanın Ukraynaya verdiyi dronlar işə yaramadı
“The Wall Street Journal” Rusiyaya qarşı müharibənin gedişatını dəyişmək üçün Ukraynaya göndərilən, lakin nəticədə uğursuzluğa düçar olan Amerika PUA-larının nasazlığı haqqında məlumat verib.
YeniZamantv.az xəbər verir ki, “Silikon Vadisi” şirkəti Ukrayna ordusunu Rusiya qüvvələrinə qarşı cəbhə bölgələrinə dəstək vermək üçün pilotsuz təyyarələr donanması ilə təmin edib, lakin Rusiyanın qabaqcıl elektron müharibə sistemi səbəbindən pilotsuz təyyarələr nasaz olub, kursdan çıxıb və itib. Bundan başqa, onların bahalı və təmiri çətin olduğiu vurğulanıb.
Şirkətin baş direktoru Adam Bry deyib ki, Ukraynadakı ABŞ pilotsuz təyyarələrinin hər bir sinfi üçün ümumi reputasiya ondan ibarətdir ki, onlar digər sistemlər kimi işləmir.
Cəbhə xəttində olan ukraynalılar ABŞ istehsalı olan dronların nə qədər asanlıqla qüsurlarla üzləşdiyini nəzərə alaraq, bahalı qiymətə olmalarını tənqid ediblər.
Onlar həmçinin dronların Rusiyanın radioelektron mübarizə sistemlərinə müqavimət göstərə bilmədiyi və hətta havaya qalxa bilmədiyi üçün müəyyən missiyalara mane olduğunu da qeyd ediblər. /cebheinfo.az/