22.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

II Qaregin dini liderlərin Bakıda keçiriləcək görüşünə dəvət ediləcək? – AÇIQLAMA

 II Qaregin dini liderlərin Bakıda keçiriləcək görüşünə dəvət ediləcək? – AÇIQLAMA

“Hazırda erməni kilsəsi iftiralar yayır, revanşizmi təbliğ edir. Ümid edirəm ki, heç kim bu iftiralara uymayacaq. Erməni kilsəsi bu gün xarici havadarlarının sifarişi ilə işləyir. Əgər kilsə mövqeyini dəyişərsə, II Qaregini dini liderlərin Bakıda keçiriləcək görüşünə dəvət edə bilərik”. Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə “Təzəpir” məscidində bayram namazı qılınandan sonra jurnalistlərə açıqlamasında deyib.

Maraqlıdır, Ermənistan dini lideri Bakıya gələ bilərmi?

YeniZamantv.az  bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, erməni kilsəsi bu ölkənin daxili və xarici siyasətində mühüm rol oynaya bilir.

K.Novruzovun fikrincə, bu, xüsusilə dinin ictimai rəyə təsir edən ciddi güc olması ilə bağlıdır:

“Ermənistanda revanşist əhval-ruhiyyənin yenidən baş qaldırmasında kilsə mühüm təsir imkanına malikdir. Ümumiyyətlə, ll Qaregin zaman- zaman Ermənistanın Azərbaycana qarşı destrukriv mövqe sərgiləməsində əhəmiyyətli rol oynayır. Əgər Ermənistan hakimiyyəti, Azərbaycanla münasibətlərin normallaşmasında həqiqətən, səmimidirsə, onda dağıdıcı ünsürlərin, o cümlədən kilsənin proseslərə müdaxilə imkanının qarşısını almalıdır. Bu isə görünmür. Əksinə, kilsənin Ermənistan cəmiyyəti və hətta siyasətindəki rolu göstərir ki, hakimiyyət ll Qareginin fəaliyyətinə nəinki göz yumur, həm də, ola bilsin, şərait yaradır. Mümkündür ki, Baş nazir Nikol Paşinyan öz istəklərini kilsə vasitəsilə həyata keçirir”.

Ekspert bildirib ki, Ermənistandakı kilsənin mövqeyinin yaxın vaxtda dəyişəcəyi ağlabatan görünmür:

“Çünki bu, uzun illər ərzində formalaşmış stereotipdir. Amma Ermənistan dini liderinin Azərbaycanda təşkil olunacaq tədbirə dəvəti mümkündür. Bu, perspektivdə xalqlar arasında düşmənçilik ideyalarının aradan qalxmasına və münasibətlərin normallaşmasına töhfə verə bilər”.

Paylaşın:

Digər yazılar