05.12.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Cəmiyyət

Hərb

Siyasət

Xəbərlər

Cəmiyyət

Araşdırma

Sosial

Sosial

Sağlamlıq

Sağlamlıq

Sosial

Ekologiya

Klaar: “Bu, Aİ-nin Paşinyana göndərdiyi çox mühüm siqnal idi”

 Klaar: “Bu, Aİ-nin Paşinyana göndərdiyi çox mühüm siqnal idi”

Avropa İttifaqı ilə Ermənistan arasında münasibətlərin möhkəmləndirilməsi həm Aİ-nin, həm də Ermənistanın maraqlarına uyğundur.

YeniZamantv.az xəbər verir ki, bunu Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar “Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində deyib.

O, Ermənistanın Aİ-yə üzvlüyünün perspektivləri ilə bağlı sualı cavablandırıb:

“Bir neçə il əvvəllə müqayisədə Aİ ilə Ermənistan arasında münasibətlər xeyli inkişaf edib. Amma münasibətlərimizin gələcəkdə hansı səviyyədə olacağını söyləmək hələ tezdir. Bu, İrəvanda qəbul edilən siyasi qərarlardan, Brüsseldə və Aİ-yə üzv ölkələrdə qəbul edilən siyasi qərarlardan asılıdır”.

“Bütün bunlar elə bir prosesdir ki, Ermənistan 10 il əvvəl bir az da irəli gedə biləcəyimiz bəzi elementlərə yenicə nail olmağa başlayıb, lakin sonra Ermənistan başqa qərar verib. Biz hələ də münasibətlərimizdə itirilmiş vaxtı kompensasiya edirik”, – o əlavə edib.

KTMT üzvlüyünün buna maneə olub-olmaması ilə bağlı suala Klaar belə cavab verib:

“Biz Ermənistan hökumətinin və erməni xalqının nə etmək istədiyinə, hansı istiqamətə getmək istədiklərinə və münasibətlərimizin ən yaxşı inkişafını necə gördüklərinə baxmalıyıq. Yaxşısı odur ki, keçən həftəki görüşdə Aİ-Ermənistan münasibətlərinin həqiqətən möhkəmləndiyini gördük və ABŞ Ermənistanın dayanıqlılığına dəstək verməyə hazırdır. Bu, Avropa Komissiyasının rəhbəri fon der Leyenin Ermənistanın baş naziri Paşinyana göndərdiyi çox mühüm siqnal idi”. /yenisabah.az/

Paylaşın:

Digər yazılar