04.12.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Cəmiyyət

Hərb

Siyasət

Xəbərlər

Cəmiyyət

Araşdırma

Sosial

Sosial

Sağlamlıq

Sağlamlıq

Sosial

Ekologiya

Qırğızıstandan rus dili ilə bağlı şok çağırış

 Qırğızıstandan rus dili ilə bağlı şok çağırış

Qırğızıstan parlamentinin sədri Nurlanbek Şakiyev rus dilində olan bütün proqramların qarşısını almağa çağırıb.

YeniZamantv.az xəbər verir ki, bu barədə o, parlamentin plenar iclasında kəskin bəyanatla çıxış edib.

Rəsmi kanallarsa rus və xarici dillərdə olan bütün proqram və cizgi filmlərinin bloklanmasının zəruriliyini bildirib.

Məlumata görə, söhbət ilkin olaraq “Qırğızıstan Respublikasında halal sənayesi haqqında” qanun layihəsinin müzakirəsi çərçivəsində ölkədə hədsiz “ərəbləşmə” mövzusu ətrafında olub. Şəkiyev çıxışında Qırğızıstan cəmiyyətinin niyə “ərəbləşdiyini” soruşub.

“Biz hətta qırğız adlarını ərəbləşdiririk, baxmayaraq ki, yerli gözəl və yaxşı seçimlər çoxdur. Kəndlərdə uşaqlar rusca danışırlar. Telefonda rus dilində verilişlərə baxdıqca qırğız dili yoxa çıxır. Hər şeyi qırğız dilində etmək lazımdır. Rus və xarici dillərdə olan bütün verilişləri və cizgi filmlərini bloklamaq lazımdır”, – parlament sədri qeyd edib.

Rusiya hakimiyyəti Qırğızıstan parlamenti sədrinin bəyanatını hələ ki, şərh etməyib.

Bundan əvvəl Nurlanbek Şakiyev rus dilinin Qırğızıstanın bütün sahələrindən çıxarılmasının zəruriliyini dəfələrlə bəyan etmişdi. Qırğızıstanda nazirlərin parlamentdə rus dilində çıxışı qadağan edilir, baxmayaraq ki, bu dil ölkədə rəsmi statusa malikdir. (publika.az)

Paylaşın:

Digər yazılar