22.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Dünya fəlakətlə üz-üzə – 38 il əvvəlki dəhşət təkrarlana bilər

 Dünya fəlakətlə üz-üzə – 38 il əvvəlki dəhşət təkrarlana bilər

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi BMT Təhlükəsizlik Şurasında çıxışı zamanı deyib ki, Zaporojye Atom Elektrik Stansiyasında nüvə qəzasının başvermə ehtimalı real olaraq qalır. O deyib ki, nüvə fəlakətinə təhlükəli dərəcədə yaxınıq.

Çernobıl AES fəlakətinin 38 ilinin tamam olduğu bu günlərdə Ukrayna ərazisində növbəti belə faciənin olması xeyli real görünür.

YeniZamantv.az xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, MAQETE rəhbərinin açıqlaması özündə bir sıra məqamları ehtiva edir:

“Biz bu açıqlamaya bir neçə prizmadan yanaşa bilərik. Birincisi, ola bilər, Qərb Rusiyanı planlaşdırdığı güclü hücumdan çəkindirmək üçün belə bir addım ata bilər. Digər variant isə həqiqətən də belə bir faciənin baş verməsi ehtimalı böyükdür.

Ukraynada baş verənlər artıq bütün dünyanı təhdid edir. Həm Zaporojye Atom Elektrik Stansiyasında baş verənlər, həm də Ukraynada müxtəlif ağır silahlardan istifadə bölgədə uzun illər davam edəcək bioloji böhrana səbəb ola bilər. Hər iki tərəf – həm Rusiya, həm də Qərb dünyası Ukraynada müharibənin tez bir zamanda bitməsi üçün çalışmalıdırlar. Çünki vəziyyət gün getdikcə pisləşir, hər iki tərəfin resursları tükənir və bu problemlər yaradır”.

Politoloqun fikrincə, Zaporojye stansiyasında təhlükə böyükdürsə, MAQATE vaxtında vəziyyətə müdaxilə etməli, bununla bağlı beynəlxalq kampaniya başlamalıdır:

“Ümumilikdə sovetdənqalma köhnəlmiş stansiyaların fəaliyyəti dərhal dayandırılmalıdır. Məlum olduğu kimi, Ermənistandakı Metsomor Atom Elektrik Stansiyası da uzun müddətdir, regionu təhdid edir. Bu stansiyaların fəaliyyəti dayandırılmalıdır. Onların MAQATE nəzarəti altında sökülməsi lazımdır. Dünya daha bir Çernobıl fəlakətini qaldıra bilməz. Münaqişədə iştirak edən tərəflər bunu mütləq nəzərə almalıdır. Zaporojyedə baş verəcək faciə bütün regionun fəlakətinə səbəb ola bilər”.

Turan Rzayev
Globalinfo.az

Paylaşın:

Digər yazılar