Ermənistanın ərazisi İranın daha “qırmızı xətti” deyil? – Səfir
Ölkələrin, o cümlədən Ermənistanın ərazi bütövlüyünə və milli suverenliyinə hörmət edilməlidir.
YeniZamantv.az xəbər verir ki, bu sözləri aprelin 19-da “Vorotan” beynəlxalq ekspert forumunda İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sübhani deyib.
“İran geosiyasi dəyişikliklərin, eləcə də beynəlxalq sərhədlərin dəyişdirilməsinin əleyhinədir. Regional məsələləri region ölkələri həll etməlidir. Biz kənar müdaxilənin əleyhinəyik.
İran nəqliyyat blokadalarının götürülməsini və sərhədlərin açılmasını alqışlayır, lakin bu, ölkələrin milli suverenliyi və ərazi bütövlüyü çərçivəsində baş verməlidir”, – səfir əlavə edib.
Qeyd edək ki, İran buna qədər Ermənistanın ərazi bütövlüyünü “qırmızı xətti” adlandırırdı, səfirin bu açıqlamasında isə sözügedən ifadə işlədilməyib. Digər tərəfdən, İran regiona kənar müdaxilənin əleyhinə çıxdığını iddia etsə də, Ermənistanda AB missiyasının artıq NATO missiyasına çevrilməsinə heç bir reaksiya vermir, əksinə, Ermənistanda Fransa ilə əməkdaşlıq edir. Səfirin sərhədlərin açılması ilə bağlı son ifadəsi də İranın regiondankənar ölkələrin maraqlarına xidmət etdiyini təsdiqləyir.