24.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Fidan: Dünyanın ən böyük problemi ikiüzlülükdür

 Fidan: Dünyanın ən böyük problemi ikiüzlülükdür

Dünyanı gözləyən ən böyük böhran əslində beynəlxalq sistemin ikiüzlülüyü, beynəlxalq hüququn işləməməsi və İkinci Dünya müharibəsindən sonra qurulan hegemon sistemin faydasızlığıdır.

YeniZamantv.az xəbər verir ki, bu fikri Türkiyənin xarici işlər naziri Hakan Fidan misirli həmkarı Sami Şükri ilə görüşdən sonra mediaya açıqlamasında səsləndirib.

Misir ilə Türkiyə arasındakı əməkdaşlığın hər iki xalq və bölgə üçün əhəmiyyətindən bəhs edən Hakan Fidan Qəzza zolağına humanitar yardımların Rəfah sərhəd-keçid məntəqəsi vasitəsilə çatdırılması istiqamətində fasiləsiz koordinasiyalı fəaliyyət apardıqlarını deyib. O, İsrail-Fələstin münaqişəsinin beynəlxalq hüquqa uyğun həllini tapmadığı təqdirdə bölgədə bu kimi böhranların artaraq davam edəcəyini bir daha diqqətə çatdırıb.

Sami Şükri də öz növbəsində bölgədə baş verən son hadisələr, eləcə də artan gərginlik ilə bağlı ölkəsinin ciddi narahatlıq hissi keçirdiyini qeyd edib.

Nazirlər görüşdə ticarət və iqtisadiyyat sahəsində əməkdaşlıq, Türkiyənin Misirə investisiyaları, regional təhlükəsizlik və digər aktual məsələlər ətrafında fikir mübadiləsi apardıqlarını bildiriblər.

Paylaşın:

Digər yazılar